Pensiyalarla bağlı vacib məsələ Niyə tam ödənilmir? | Icma.az
Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Əmək müqaviləsi ilə işləyən hər kəsin əməkhaqqısından müəyyən qədər vergi tutularaq pensiya kapitalına yönəldilir.
Azərbaycanda kişilər üçün pensiya yaşı 65, qadınlar üçün isə 64-dür və bu 2027-ci il iyulun 1-dək qadınların pensiya yaşı hər dəfə 6 ay artırılaraq 65-ə çatdırılacaq.
Məsələ burasındadır ki, bəzən illərlə əmək fəaliyyətilə məşğul olan şəxs pensiya yaşına çatmadan vəfat edir.
Bəs bu halda onun həmin vaxtadək toplanılan pensiya pulu kimə verilir? Nəzərə alsaq ki, ölkədə dəfn xərcləri də kifayət qədər yüksəkdir.
Buna görə də ölən adamın toplanılan pensiya pulunu birdəfəlik çıxarıb istifadə etmək mümkündür?
Bütün bu suallara hüquqşünas Əkrəm Həsənov Metbuat.az-a açıqlamasında aydınlıq gətirib.
O bildirib ki, pensiya kapitalı vərəsəlik qaydasında ölən şəxsin varislərinə keçmir: “Yalnız onun himayəsində olan şəxslər varsa və yaxud ər ölüb, arvadı sağdır və onun pensiyası kişinin pensiyasından azdırsa, bu zaman pensiya həmin fərqlə verilir.
Tam oxu
Xəbəri oxu