Icma.az
close
up
RU
Pensiyalarla bağlı vacib məsələ Niyə tam ödənilmir?

Pensiyalarla bağlı vacib məsələ Niyə tam ödənilmir?

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əmək müqaviləsi ilə işləyən hər kəsin əməkhaqqısından müəyyən qədər vergi tutularaq pensiya kapitalına yönəldilir. Azərbaycanda kişilər üçün pensiya yaşı 65, qadınlar üçün isə 64-dür və bu 2027-ci il iyulun 1-dək qadınların pensiya yaşı hər dəfə 6 ay artırılaraq 65-ə çatdırılacaq.

Məsələ burasındadır ki, bəzən illərlə əmək fəaliyyətilə məşğul olan şəxs pensiya yaşına çatmadan vəfat edir. Bəs bu halda onun həmin vaxtadək toplanılan pensiya pulu kimə verilir? Nəzərə alsaq ki, ölkədə dəfn xərcləri də kifayət qədər yüksəkdir. Buna görə də ölən adamın toplanılan pensiya pulunu birdəfəlik çıxarıb istifadə etmək mümkündür?

Bütün bu suallara hüquqşünas Əkrəm Həsənov Metbuat.az-a açıqlamasında aydınlıq gətirib.

O bildirib ki, pensiya kapitalı vərəsəlik qaydasında ölən şəxsin varislərinə keçmir:

“Yalnız onun himayəsində olan şəxslər varsa və yaxud ər ölüb, arvadı sağdır və onun pensiyası kişinin pensiyasından azdırsa, bu zaman pensiya həmin fərqlə verilir. Məsələn, kişi 500 manat alırdı, arvad 300 manat alırdısa, bundan sonra arvad 500 manat, yəni ərinin pensiyasının fərq hissəsini alacaq. Yaxud arvad heç pensiya almırdısa, onda tam 500 manat pensiya alacaq. Əgər əksinə, kişinin pensiyası digərindən az idisə, onda arvadına heç nə çatmır. Ölən şəxsin himayəsində olan şəxslər var idisə, yəni 18 yaşına çatmayan övladı var idisə, övladı yetkinlik yaşına çatanadək pensiyanı alacaq. Lakin pensiya tam şəkildə ümumiyyətlə verilmir, yalnız hissə-hissə pensiya kimi verilə bilər”.

Ekspert qeyd edib ki, bu qərar ədalətli hesab olunmur:

“İnsan ömrü boyu işləyib, onun pulundan pensiya toplanıb, o pulla da Dövlət Sosial Müdafiə Fondu illərlə başqalarına pensiya verib. Bu adam öldü və sadalanan hallar yoxdursa, varsa belə, pensiyasını bir müddət arvadı alıb, sonra o da öldüsə, deməli, onun pensiya kapitalı batdı. Yetkinlik yaşına çatan uşaqlarına heç nə çatmır. Nəzərə alaq ki, o pensiya kapitalı inflyasiyaya məruz qalır. Yəni bu gün biz maaşımızdan, gəlirimizdən Dövlət Sosial Müdafiə Fonduna haqq ödəyirik və həmin pensiya kapitalı onun hesabına formalaşır, amma axı o, inflyasiyaya məruz qalır. Məsələn, mən bu il ərzində 500 manat pensiya kapitalına ödəmişəm. İndiki 500 manat mənim 65 yaşımdakı ilin 500 manatı ilə eyni deyil. Axı pul daim dəyərdən düşür. Hələ dəyərdən düşmüş pulu da mənə tam vermirlər. Bu, əlbəttə ki, ədalətsizlikdir. Bəzi ölkələrdə o pul ya tam verilir, ya da heç olmasa, bir qismi verilir”.

Ə.Həsənov pensiya pulunun niyə tam şəkildə verilmədiyini də açıqlayıb:

“Ona görə ki, əgər Dövlət Sosial Müdafiə Fondu bu pulların hamısını versə, onda özündə pul qalmayacaq. Dövlət Sosial Müdafiə Fondu bu gün bizim ora ödədiyimiz haqlarla pensiyanı ödəyir. Buna baxmayaraq, onu yenə pulu çatmır və hər il dövlət büdcəsindən də əlavə götürür. Hələ kimlərsə ölür, onların pensiya kapitalı tam batır. İndi fond pulu ölənlərin ailəsinə verməyə başlasa, onda ümumiyyətlə pulu qalmayacaq. Pul olsun deyə ya Dövlət Sosial Müdafiə Fondunun gəlir hissəsini artırmalıyıq ki, bu halda bizlərdən daha çox vergi tutulmalıdır. Buna da yəqin ki, heç birimiz razı olmayacağıq. Ya da ki, pensiyaları azaltmalıdır ki, pul çatsın. Bu da, qismən çətin məsələdir. Əslində bizdə bir qisim vətəndaşlar var ki, onlar həddən artıq yüksək pensiya alırlar. Bu da, mənim fikrimcə, tam düzgün deyil”.

Hüquqşünas əlavə edib ki, pensiya gələcəkdə bizə ancaq pensiya kapitalından verilmir:

“Burada ömür uzunluğu məsələsi var ki, çox vacibdir. Yəni kimsə 90 il yaşayır, onun pensiya kapitalı bitir, amma yenə də Dövlət Sosial Müdafiə Fondu ona pensiyanı verməyə davam edir. Halbuki onun pulu artıq bitib. Ancaq mən tərəfdarıyam ki, heç olmasa qalan pensiya kapitalının müəyyən hissəsi verilsin. Bunun üçün də gərək fondda pul olsun”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 23 Yanvar 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri