Pensiyanızın nə qədər artdığını necə hesablamalısınız? | Icma.az
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Qanunvericiliyə əsasən, vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur”.
Yeniavaz.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı deputat Vüqar Bayramov öz sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, bu zaman indeksləşdirmə pensiya məbləğinə tam olaraq şamil edilərək artım hesablanır: “Artımın hesablanması formulası belədir: Pensiya məbləği X indeksasiya faizi = artırılmış məbləğ.
Məsələn, pensiyası 550 manat olan vətəndaş üçün artım faizi belə hesablanacaq: 550 manat X 8.1% = 44.55.
Yəni, vətəndaşın pensiya məbləği artımdan sonra 594.55 manat olacaq.
400 manat pensiya alan vətəndaşımız üçün artım belə hesablanır: 400 manat X 8.1 % = 32.4 manat.
Bu halda yeni pensiya məbləği 432.4 manat olacaq. Yəni, məbləğindən asılı olmayaraq hər bir pensiya tam olaraq indeksasiya faizi nəzərə alın
Tam oxu
Xəbəri oxu