Pensiyanızın nə qədər artdığını necə hesablamalısınız?
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Qanunvericiliyə əsasən, vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur”.
Yeniavaz.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı deputat Vüqar Bayramov öz sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, bu zaman indeksləşdirmə pensiya məbləğinə tam olaraq şamil edilərək artım hesablanır:
“Artımın hesablanması formulası belədir: Pensiya məbləği X indeksasiya faizi = artırılmış məbləğ. Məsələn, pensiyası 550 manat olan vətəndaş üçün artım faizi belə hesablanacaq: 550 manat X 8.1% = 44.55. Yəni, vətəndaşın pensiya məbləği artımdan sonra 594.55 manat olacaq.
400 manat pensiya alan vətəndaşımız üçün artım belə hesablanır: 400 manat X 8.1 % = 32.4 manat. Bu halda yeni pensiya məbləği 432.4 manat olacaq. Yəni, məbləğindən asılı olmayaraq hər bir pensiya tam olaraq indeksasiya faizi nəzərə alınmaqla artırılacaq”.
V. Bayramov bildirib ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur:
““Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq”.
Qeyd edək ki, Prezident İlham Əliyev “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam imzalayıb.
Bu mövzuda digər xəbərlər:Pensiyanızın nə qədər artacağını belə hesablayın SADƏ İZAH
05 Oktyabr 2026 13:12
Alimlər dəri mutasiyalarının ikiqat artdığını açıqladı
13 Dekabr 2025 15:11
Türkiyə lideri İranda risklərin artdığını VURĞULADI
04 Aprel 2026 19:49
ÜST hantavirusa yoluxma sayının artdığını açıqladı
18 May 2026 21:13
Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər
08 Avqust 2026 06:07
Baxış sayı:175
Bu xəbər 06 Fevral 2025 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















