Peres: “Klublararası dünya çempionatı bizi məhv etdi”

01.06.2026

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Peres: “Klublararası dünya çempionatı bizi məhv etdi”

Florentino Peres mövsümü titulsuz başa vuran "Real"ın uğursuz çıxışına münasibət bildirib.

QOL.az "Marca"ya istinadənxəbər verir ki, Madrid təmsilçisinin prezidenti komandanın problemlərinin əsas səbəblərindən biri kimi Klublararası dünya çempionatını göstərib.

“Klublararası dünya çempionatı bizi məhv etdi. Mövsümöncəsi hazırlıq keçə bilmədik, hər üç gündən bir oyun oynayırdıq. Üç aydan sonra komandada 28 zədə vardı. Bu, bizim üçün vacib təcrübə oldu. Mən komandanın Klublararası dünya çempionatında iştirak etməsini istəyirəm, amma bütün mövsümün qurban verilməsi bahasına yox”.

Qeyd edək ki, "Real" başa çatan mövsüm La Liqada 86 xalla ikinci yeri tutub, UEFA Çempionlar Liqasında isə 1/4 finala qədər irəliləyib. Paytaxt klubu həmçinin İspaniya kubokunda 1/8 final mərhələsində mübarizəni dayandırıb, İspaniya Superkubokunda isə finalda məğlub olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью