Peres: “Klublararası dünya çempionatı bizi məhv etdi”
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Florentino Peres mövsümü titulsuz başa vuran "Real"ın uğursuz çıxışına münasibət bildirib.
QOL.az "Marca"ya istinadənxəbər verir ki, Madrid təmsilçisinin prezidenti komandanın problemlərinin əsas səbəblərindən biri kimi Klublararası dünya çempionatını göstərib.
“Klublararası dünya çempionatı bizi məhv etdi. Mövsümöncəsi hazırlıq keçə bilmədik, hər üç gündən bir oyun oynayırdıq. Üç aydan sonra komandada 28 zədə vardı. Bu, bizim üçün vacib təcrübə oldu. Mən komandanın Klublararası dünya çempionatında iştirak etməsini istəyirəm, amma bütün mövsümün qurban verilməsi bahasına yox”.
Qeyd edək ki, "Real" başa çatan mövsüm La Liqada 86 xalla ikinci yeri tutub, UEFA Çempionlar Liqasında isə 1/4 finala qədər irəliləyib. Paytaxt klubu həmçinin İspaniya kubokunda 1/8 final mərhələsində mübarizəni dayandırıb, İspaniya Superkubokunda isə finalda məğlub olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 01 İyun 2026 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















