Peruca da çıxış etmiş azərbaycanlı forvardı bu ölkənin klubu istəyir

25.02.2025

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanlı futbolçu Raul Yaqubzadə San-Marinonun iddialı klubuna keçə bilər.

Sportal.az saytına verilən məlumata görə, 21 yaşlı hücumçu uzun illərdir ki, San-Marinonu avrokuboklarda hegemonluq edən ölkə çempionu "Virtus"un transfer siyahısındadır.

Belə ki, San-Marino çempionu Yaqubzadəni mövsümün sonunda heyətinə qatmağa çalışacaq.

Bu barədə "Faetano" ilə danışıqlar da aparılacaq. Belə ki, Yaqubzadənin hazırkı klubu ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, mövsümü əvvəlində bu kluba keçib. Yaqubzadə bundan əvvəl "Sansepolkro", “Nuova Florida”, "İmoleze" komandalarında, həmçinin "Peruca"nın aşağı yaş qruplarında oynayıb.
 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью