Peruca da çıxış etmiş azərbaycanlı forvardı bu ölkənin klubu istəyir
Sportal.az-dan alınan məlumatlara görə, Icma.az xəbər verir Peruca da çıxış etmiş azərbaycanlı forvardı bu ölkənin klubu istəyir.
Azərbaycanlı futbolçu Raul Yaqubzadə San-Marinonun iddialı klubuna keçə bilər.
Sportal.az saytına verilən məlumata görə, 21 yaşlı hücumçu uzun illərdir ki, San-Marinonu avrokuboklarda hegemonluq edən ölkə çempionu "Virtus"un transfer siyahısındadır.
Belə ki, San-Marino çempionu Yaqubzadəni mövsümün sonunda heyətinə qatmağa çalışacaq.
Bu barədə "Faetano" ilə danışıqlar da aparılacaq. Belə ki, Yaqubzadənin hazırkı klubu ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, mövsümü əvvəlində bu kluba keçib. Yaqubzadə bundan əvvəl "Sansepolkro", “Nuova Florida”, "İmoleze" komandalarında, həmçinin "Peruca"nın aşağı yaş qruplarında oynayıb.
