Pərvin ağır xəstəliyindən danışdı: Müalicəsi bizdə yoxdu

09.07.2026

Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Aktrisa Pərvin Abıyeva keçirtdiyi ağır xəstəlikdən danışıb. 

Axşam.az xəbər verir ki, aktrisa axlorhidriya xəstəliyinə görə ağır günlər keçirtdiyini deyib. Pərvin bildirib ki, buna görə əməliyyat olunsa da, faydasını görməyib:

"Bu əməliyyat Azərbaycanda aparılmır. Xəstəliyin diaqnozu yalnız bir xəstəxanada qoyulur. Mənə də yalnız 32 yaşımda düzgün diaqnoz qoyula bildi. O vaxta qədər heç bir xəstəxanada bunu müəyyən edə bilməmişdilər.

Əməliyyat Azərbaycanda edilmir. Türkiyədə isə bu əməliyyatı cəmi bir həkim həyata keçirir. Çox çətin bir xəstəlikdir. Çalışın, bu xəstəliyə tutulmayın. Əsas səbəblərdən biri də stressdir.

Üç il əvvəl əməliyyat olundum, amma təəssüf ki, faydası olmadı. Müayinəsi də olduqca ağır prosesdir. Qalın zond burundan mədəyə endirilir və bu zaman pasiyent ayıq vəziyyətdə olur. Əməliyyatdan sonra isə uzun müddət xəstəxanada qalmalı, yalnız buz yeməli, əsəbiləşməməli və ciddi pəhriz saxlamalısınız".

View this post on Instagram

A post shared by Axşam.az (@axsamaz)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью