Pərvin ağır xəstəliyindən danışdı: Müalicəsi bizdə yoxdu
Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.
Aktrisa Pərvin Abıyeva keçirtdiyi ağır xəstəlikdən danışıb.
Axşam.az xəbər verir ki, aktrisa axlorhidriya xəstəliyinə görə ağır günlər keçirtdiyini deyib. Pərvin bildirib ki, buna görə əməliyyat olunsa da, faydasını görməyib:
"Bu əməliyyat Azərbaycanda aparılmır. Xəstəliyin diaqnozu yalnız bir xəstəxanada qoyulur. Mənə də yalnız 32 yaşımda düzgün diaqnoz qoyula bildi. O vaxta qədər heç bir xəstəxanada bunu müəyyən edə bilməmişdilər.
Əməliyyat Azərbaycanda edilmir. Türkiyədə isə bu əməliyyatı cəmi bir həkim həyata keçirir. Çox çətin bir xəstəlikdir. Çalışın, bu xəstəliyə tutulmayın. Əsas səbəblərdən biri də stressdir.
Üç il əvvəl əməliyyat olundum, amma təəssüf ki, faydası olmadı. Müayinəsi də olduqca ağır prosesdir. Qalın zond burundan mədəyə endirilir və bu zaman pasiyent ayıq vəziyyətdə olur. Əməliyyatdan sonra isə uzun müddət xəstəxanada qalmalı, yalnız buz yeməli, əsəbiləşməməli və ciddi pəhriz saxlamalısınız".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 09 İyul 2026 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















