Pərviz Şahbazov Laçında vətəndaşları qəbul edəcək

01.09.2026

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Sentyabrın 18-də energetika naziri Pərviz Şahbazov Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarından və Şuşa şəhərindən olan vətəndaşları qəbul edəcək.
Newscenter.az nazirliyə istinadən xəbər verir ki, qəbul saat 11:00-dan başlayaraq Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin inzibati binasında (ünvan: Laçın şəhəri, Heydər Əliyev küçəsi, giriş 96) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün nazirliyin "974" Çağrı Mərkəzi, 598-16-55 "Qaynar Xətt"i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin "Qarabağ" (əlaqələndirici şəxs: İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: office.garabagh@regulator.gov.az) və "Gəncə" filialları (əlaqələndirici şəxs: Səbuhi Mürsəlov, əlaqə telefonu: (050) 287-21-21, elektron poçt ünvanı: office.ganja@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Həmçinin nazirliyin www.minenergy.gov.az internet səhifəsində yaradılmış "Qəbula yazılmaq" bölməsi vasitəsilə də müraciət etmək mümkündür.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью