Pərviz Şahbazov Laçında vətəndaşları qəbul edəcək
Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sentyabrın 18-də energetika naziri Pərviz Şahbazov Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarından və Şuşa şəhərindən olan vətəndaşları qəbul edəcək.
Newscenter.az nazirliyə istinadən xəbər verir ki, qəbul saat 11:00-dan başlayaraq Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin inzibati binasında (ünvan: Laçın şəhəri, Heydər Əliyev küçəsi, giriş 96) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün nazirliyin "974" Çağrı Mərkəzi, 598-16-55 "Qaynar Xətt"i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin "Qarabağ" (əlaqələndirici şəxs: İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: [email protected]) və "Gəncə" filialları (əlaqələndirici şəxs: Səbuhi Mürsəlov, əlaqə telefonu: (050) 287-21-21, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Həmçinin nazirliyin www.minenergy.gov.az internet səhifəsində yaradılmış "Qəbula yazılmaq" bölməsi vasitəsilə də müraciət etmək mümkündür.
Süleyman
Baxış sayı:163
Bu xəbər 01 Sentyabr 2026 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















