Peşəkar bacarıqlar nəzərə alınmalıdır MÜNASİBƏT BİLDİRİLDİ | Icma.az
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Azərbaycanda iş elanı ilə bağlı əksər elanları oxuduqda, həqiqətən də, yanlış olan yanaşmaların şahidi oluruq".
Bu sözləri SİA-ya açıqlamasında sosioloq Ağasəlim Həsənov deyib.
O bildirib ki, istər yaş həddi ilə bağlı, istər digər bacarıqlarla bağlı namizədlərə qarşı qoyulan tələblər bəzən reallığı əks etdirmir, bütövlükdə yanlış yanaşmadır: "Vakansiya elan etmiş təşkilatlar işçilərə, hətta gənc işçilərə qarşı mövcud vakansiyaya uyğun bir neçə il iş təcrübəsi tələb edirlər.
Düşünürəm ki, birinci anormal yanaşma elə budur ki, gənc yaşlarında olan bir işaxtaran təcrübəni harada toplamış ola bilər?
Əlbəttə ki, onun gördüyü təcrübə hələlik universitet təhsili, magistratura təhsilidir.
Təbii ki, diplomlarını əldə etdikdən sonra gənc kadr iş axtarır.
Çox anormal haldır ki, Azərbaycanda "təcrübəli gənc işçilər" deyə bir yanaşma var. Olduqca anormal bir düşüncədir.
Tam oxu
Xəbəri oxu