Icma.az
close
up
RU
Peşəkar bacarıqlar nəzərə alınmalıdır MÜNASİBƏT BİLDİRİLDİ

Peşəkar bacarıqlar nəzərə alınmalıdır MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Azərbaycanda iş elanı ilə bağlı əksər elanları oxuduqda, həqiqətən də, yanlış olan yanaşmaların şahidi oluruq". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Ağasəlim Həsənov deyib.

O bildirib ki, istər yaş həddi ilə bağlı, istər digər bacarıqlarla bağlı namizədlərə qarşı qoyulan tələblər bəzən reallığı əks etdirmir, bütövlükdə yanlış yanaşmadır: "Vakansiya elan etmiş təşkilatlar işçilərə, hətta gənc işçilərə qarşı mövcud vakansiyaya uyğun bir neçə il iş təcrübəsi tələb edirlər. Düşünürəm ki, birinci anormal yanaşma elə budur ki, gənc yaşlarında olan bir işaxtaran təcrübəni harada toplamış ola bilər? Əlbəttə ki, onun gördüyü təcrübə hələlik universitet təhsili, magistratura təhsilidir. Təbii ki, diplomlarını əldə etdikdən sonra gənc kadr iş axtarır. Çox anormal haldır ki, Azərbaycanda "təcrübəli gənc işçilər" deyə bir yanaşma var. Olduqca anormal bir düşüncədir. Bundan sosioloq olaraq çox narazıyam, tənqid edirəm.

Haqsız olaraq bir neçə xarici dil bilmə bacarığı tələb edirlər. Birinci, Azərbaycan Respublikasının Dövlət dili Azərbaycan dilidir. Namizədlərə ilkin şərt olaraq məhz Azərbaycan dilini hansı səviyyədə bilməsi, nitq qabiliyyəti, danışmağı, fikirlərini aydın, səlis ifadə etmək kimi tələblər qoyula bilər. Eyni zamanda digər peşəkar bacarıqlar da nəzərə alınmalıdır.

İşçilərin yaş həddinin 40-45-dən aşağı seçilməsində də yalnışlıq var. Çünki işçi axtaran təşkilat yaş həddinə müəyyən iş vakansiyaları üzrə baxa bilər, amma bütövlükdə 40-45 yaşdan yuxarı işçini işə almamağın özü də qüsurlu yanaşmadır. Çünki ola bilsin ki, peşakar kadrdır, öz işini yaxşı bacarır, müasir tələblərə cavab verir. Niyə görə 50 yaşlarında normal maaşlı iş əldə etmək imkanından məhrum olsun? Şirkətlər individual yanaşma ortaya qoymalıdırlar. Şablon şəkildə 40-45 yaş deyə yanaşmadan çəkinməlidirlər. Ümumən 40-45 yaş kimi götürə bilərlər, amma 50 yaşlarında olan bir kadrın peşəkarlıq səviyyəsi yüksəkdirsə, iş bacarıqları yetərlidirsə, nə üçün işə alınmasın?".

"Nəzərə alaq ki, Azərbaycanda iş yeri baxımından o qədər də çox rəngarəng və kəmiyyət etibarilə insanlar üçün çox iş yeri təqdim olunmur. İstər dövlət sektorunda, istərsə də özəl sektorda belədir. Müşahidələrimiz göstərir ki, gənclərin əksəriyyəti, oğlanlarımız daha çox taksi fəaliyyəti ilə məşğul olmağa yönəlirlər. Çünki onların hansısa yüksək maaşlı iş əldə etmə imkanları reallıqda məhduddur. O səbəbdən də taksi fəaliyyəti ilə məşğul olma kütləvi hal alıb.

Hər bir işçidə peşəkar bacarıqlar, bir də mənəvi keyfiyyətlər vardır. Tövsiyəmiz odur ki, işəgötürən tərəflər işə alacağı işçinin həm peşakar bacarıqlarını, həm də mənəvi keyfiyyətlərini öyrənsinlər, sınaq müddəti versinlər. Yaş həddinə o qədər də önəm verməsinlər. Haqsız bir xarici dil bacarıqları kimi tələbləri ortaya qoymaqla bir çox bacarığı olan gənclərin iş əldə etmək imkanını məhdudlaşdırmasınlar. Bəlkə də, işdə ona lazım olmayacaq. Normal, uyğun şərtlər çərçivəsində həm də individual yanaşma ortaya qoyaraq öz iş yerlərini Azərbaycan insanına, gənclərinə təqdim etsinlər. Çıxış yolunu belə görürəm" - deyə o, əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Fevral 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see370

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see269

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see258

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see257

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see250

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see241

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see237

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see232

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see232

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see231

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see229

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see226

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see223

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see222

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see209

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

01 Sentyabr 2026 13:31see206

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see206

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see188

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see183

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri