Icma.az, Mia.az saytına istinadən bildirir. Azərbaycan Peşəkar Futbol Liqası (PFL) ənənəsinə sadiq qalaraq, yenə idman mediasını bir araya t
Mia.az xəbər verir ki, Azərbaycan mətbuatının 150 illik yubileyi münasibətilə keçirilən tədbirdə iştirak edən hər bir idman yazarına hədiyyə
Bu dəfəki tədbirə həmçinin AFFA və Azərlotereya da qoşulub.
İntellektual yarışmada media nümayəndələrindən ibarət komandalara Premyer Liqa klublarının adı verilib.
Mia.az əməkdaşının iştirak etdiyi Zülfiyyə Mustafayevanın "Şamaxı" komandası 3-cü mükafatı qazanıb.
Əməkdaşımızın sözlərinə görə, medianın yubileyi ərəfəsində bir sıra qurumlar jurnalistlərə yönəlik müxtəlif tədbirlər, təlim, yığıncaq, yarışmalar, musiqili əyləncələr tərtib edərək həm ümumi mövzuda çalışanları, həm də sahəvi media mənsublarını yada salıb: "Biz müxtəlif dövlət qurumları ilə yanaşı, ayrı-ayrı özəl müəssisələr, iş adamları, şirkətlər tərəfindən dəvət aldıq, mükafata layiq görüldük, diplomlarla təltif olunduq.
Bu diqqətin mərkəzində olmaq təbii ki, çox xoşdur. Elə qurumlar var ki, il boyunca bizi unutmur. PFL məhz belə qurumdur.
Yubiley ərəfəsində isə biz xüsusilə diqqət mərkəzində olduq və bu, həqiqətən sevindiricidir.