Peşəkar Futbol Liqası idman jurnalistlərini təbrik etdi
Icma.az, Mia.az saytına istinadən bildirir.
Azərbaycan Peşəkar Futbol Liqası (PFL) ənənəsinə sadiq qalaraq, yenə idman mediasını bir araya topladı və adına yaraşan şəkildə, peşəkar və səviyyəli bayram əhvali-ruhiyyəsi yaratdı.
Mia.az xəbər verir ki, Azərbaycan mətbuatının 150 illik yubileyi münasibətilə keçirilən tədbirdə iştirak edən hər bir idman yazarına hədiyyələr verilib və əyləncəli intellektual yarış keçirilib.
Bu dəfəki tədbirə həmçinin AFFA və Azərlotereya da qoşulub. İntellektual yarışmada media nümayəndələrindən ibarət komandalara Premyer Liqa klublarının adı verilib. Mia.az əməkdaşının iştirak etdiyi Zülfiyyə Mustafayevanın "Şamaxı" komandası 3-cü mükafatı qazanıb. Əməkdaşımızın sözlərinə görə, medianın yubileyi ərəfəsində bir sıra qurumlar jurnalistlərə yönəlik müxtəlif tədbirlər, təlim, yığıncaq, yarışmalar, musiqili əyləncələr tərtib edərək həm ümumi mövzuda çalışanları, həm də sahəvi media mənsublarını yada salıb: "Biz müxtəlif dövlət qurumları ilə yanaşı, ayrı-ayrı özəl müəssisələr, iş adamları, şirkətlər tərəfindən dəvət aldıq, mükafata layiq görüldük, diplomlarla təltif olunduq. Bu diqqətin mərkəzində olmaq təbii ki, çox xoşdur. Elə qurumlar var ki, il boyunca bizi unutmur. PFL məhz belə qurumdur. Yubiley ərəfəsində isə biz xüsusilə diqqət mərkəzində olduq və bu, həqiqətən sevindiricidir. Zatən söz adamına sadəcə, xoş münasibət yetərlidir. Biz operativ şəkildə informasiyaya yol tapanda, xəbəri birinci ələ alanda, eksklüziv yazı arxasıyca qaçanda yolumuza kimlər işıq tutursa, onlara minnətdar oluruq. Bizimçün əslində ən böyük diqqət fəaliyyətimizə yaradılan şəraitdir. Bu günlərdə bizi yanında görmək istəyən hər kəsə minnətdaram. PFL-ə və digər təşkilatçılara idman yazarlarına göstərdiyi diqqət üçün təşəkkürümü bildirirəm".
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 22 İyul 2025 18:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















