Peskov: Görüş yalnız Moskvada ola bilər

12.09.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenskinin dekabr ayında ABŞ-nin Mayami şəhərində keçiriləcək G20 sammiti çərçivəsində görüşməsinin mümkün olmadığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, “TASS”ın məlumatına görə, Peskov bu barədə AFP-yə açıqlamasında danışıb.

Jurnalistin Putinlə Zelenski arasında görüşün mümkün olub-olmaması ilə bağlı sualını cavablandıran Peskov qısa şəkildə “Bu mümkün deyil” deyə bildirib.

Rusiya prezidentinin sözçüsü, həmçinin Putinlə Zelenski arasında mümkün görüşün yalnız Moskvada keçirilə biləcəyini bir daha vurğulayıb.

Qeyd edək ki, G20 sammitinin dekabr ayında ABŞ-nin Mayami şəhərində keçirilməsi planlaşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью