Peskov: Görüş yalnız Moskvada ola bilər
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenskinin dekabr ayında ABŞ-nin Mayami şəhərində keçiriləcək G20 sammiti çərçivəsində görüşməsinin mümkün olmadığını bildirib.
Bakıvaxtı.az xəbər verir ki, “TASS”ın məlumatına görə, Peskov bu barədə AFP-yə açıqlamasında danışıb.
Jurnalistin Putinlə Zelenski arasında görüşün mümkün olub-olmaması ilə bağlı sualını cavablandıran Peskov qısa şəkildə “Bu mümkün deyil” deyə bildirib.
Rusiya prezidentinin sözçüsü, həmçinin Putinlə Zelenski arasında mümkün görüşün yalnız Moskvada keçirilə biləcəyini bir daha vurğulayıb.
Qeyd edək ki, G20 sammitinin dekabr ayında ABŞ-nin Mayami şəhərində keçirilməsi planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 12 Sentyabr 2026 23:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















