Icma.az, Turkstan.az portalına istinadən məlumat verir. İran parlamentində fars olmayan etnik qrupların ana dilində ədəbiyyat fənninin məktə
Fevralın 26-da parlamentin açıq iclasında aparılan müzakirədə deputatların 104-ü sənədin lehinə, 130-u isə əleyhinə səs verib.
Beş deputat isə bitərəf qalıb. Parlamentin bəzi üzvləri bu məsələnin ölkənin konstitusiyasına tamamilə uyğun olduğunu bildirsə də, layihə qə
Məsələ eyri-fars etnik qruplar arasında, xüsusilə də Güney Azərbaycanda etiraza səbəb olub.
Globalinfo.az-a danışan iranlı araşdırmaçı jurnalist Elyar Kamrani deyib ki, parlamentdə layihənin əleyhinə çıxanlar bunu milli təhlükəsizliyi sarsıda və ya onun üçün təhlükə yarada biləcək məsələ kimi bəhanalarlə əsaslandırdılar: “Hər kəs bilir ki, İran çoxmillətli ölkədir və ana dilində təhsil almaq burada yaşayan xalqların, xüsusilə Azərbaycan türklərinin apardığı mübarizənin əsas tələblərindən biridir.
İran parlamenti bu addımı ilə Güney Azərbaycan Milli Hərəkatının qarşısında durduğunu elan etdi.
Bu da onu göstərir ki, İran dövlətçiliyinin təməlində türklərə və qeyri-fars millətlərə qarşı düşmənçilik hələ də davam edir.
Tehran hökuməti iqtisadi vəziyyətə və siyasi böhrana baxmayaraq, ölkə daxilindəki millətlərə qarşı düşmənçilik aparır”. E.