Icma.az
close
up
RU
Pezeşkian Bakı üçün qaydanı pozdu: Yüz minlərlə azərbaycanlıdan ETİRAZ

Pezeşkian Bakı üçün qaydanı pozdu: Yüz minlərlə azərbaycanlıdan ETİRAZ

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

İran parlamentində fars olmayan etnik qrupların ana dilində ədəbiyyat fənninin məktəblərdə tədrisinə dair plana qarşı çıxılması ölkdəə narazılıq doğurub.

Fevralın 26-da parlamentin açıq iclasında aparılan müzakirədə deputatların 104-ü sənədin lehinə, 130-u isə əleyhinə səs verib. Beş deputat isə bitərəf qalıb. Parlamentin bəzi üzvləri bu məsələnin ölkənin konstitusiyasına tamamilə uyğun olduğunu bildirsə də, layihə qəbul edilməyib. Məsələ eyri-fars etnik qruplar arasında, xüsusilə də Güney Azərbaycanda etiraza səbəb olub.

Globalinfo.az-a danışan iranlı araşdırmaçı jurnalist Elyar Kamrani deyib ki, parlamentdə layihənin əleyhinə çıxanlar bunu milli təhlükəsizliyi sarsıda və ya onun üçün təhlükə yarada biləcək məsələ kimi bəhanalarlə əsaslandırdılar:

“Hər kəs bilir ki, İran çoxmillətli ölkədir və ana dilində təhsil almaq burada yaşayan xalqların, xüsusilə Azərbaycan türklərinin apardığı mübarizənin əsas tələblərindən biridir. İran parlamenti bu addımı ilə Güney Azərbaycan Milli Hərəkatının qarşısında durduğunu elan etdi. Bu da onu göstərir ki, İran dövlətçiliyinin təməlində türklərə və qeyri-fars millətlərə qarşı düşmənçilik hələ də davam edir. Tehran hökuməti iqtisadi vəziyyətə və siyasi böhrana baxmayaraq, ölkə daxilindəki millətlərə qarşı düşmənçilik aparır”.

E. Kamrani bildirib ki, bu qərardan sonra İran Prezidenti Məsud Pezeşkianın rəhbərlik etdiyi hökumətlə parlament arasında mübahisəli vəziyyət yaranıb:

“Parlament deyir ki, hökumət ana dilində təhsil almaq təklifi ilə razı deyil. Pezeşkianın kabineti isə onları razı olduğunu, lakin parlamentin qəbul etmədiyini bildirir. Məhz İran dövlətçiliyində əsas rol oynayanlar Pezeşkianın nazir və müavinləri, yüksək rütbəli məmurları seçməsinə qarşı çıxdılar. O özü də bilir ki, buna icazə verməzlər. İran prezidentinin müxtəlif yerlərdə türkcə çıxış etməsi və şeir oxumasına, daha əvvəl isə Azərbaycan və Türkiyə prezidentləri ilə bu dildə danışmasına belə desək, icazə verilməmişdi. Bu da onu göstərir ki, prezident olmasına baxmayaraq, daha yüksək vəzifədə duran şəxs buna qarşı çıxır”.

E.Kamraninin sözlərinə görə, İran parlamentinin çıxardığı qərar xalqla dövlət arasında uçurumun olduğunu göstərir:

“Xalqın istəyi onlar üçün heç bir əhəmiyyət daşımır. Bu da diktator və totalitar rejimə xasdır. Dünən sözügedən qərara etiraz olaraq yüzminlərlə insan “Traxtor”un oyununda “hər kəs türk dilində oxumalıdır” və s. kimi şüarlar səsləndirdi. Bu onu göstərir ki, biz öz dilimizi hər zaman qoruyacağıq və İran parlamentinin bu qərarına müxtəlif yerlərdə etirazlar davam edəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 01 Mart 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see253

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see207

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see194

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see171

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see157

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see140

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see131

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri