Icma.az bildirir, Yenisabah portalına istinadən.
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə müharibəyə son qoyulmalı olduğunu bildirib.
"Yeni Sabah" ISNA agentliyinə istinadən xəbər verir ki, bu barədə Pezeşkian Tehranda İslam Həkimləri Birliyinin Baş Assambleyasında çıxışı zamanı qeyd edib.
"Müharibə bir nöqtədə başa çatmalıdır. Bu gün güc və nüfuz sahibi olduğumuz, bütün dünyanın qələbəmizi qəbul etdiyi bir dövrdə müharibəni bitirməyimiz daha yaxşıdır", — deyə İran Prezidenti bildirib. pizza sifarişi
Pezeşkian müharibənin davam etməsinin qaçılmaz bir hədəf olmadığını, ölkənin gücünü və əldə etdiyi uğurları qoruyaraq müharibəyə son qoyulmasının vacibliyini vurğulayıb.
İran dövlət başçısı bunun ölkənin ehtimal olunan hücumlar qarşısında geri addım atacağı mənasına gəlmədiyini vurğulayıb.
"Zorakılıq qarşısında heç bir halda baş əyməyəcəyik. Son nəfəsimizə qədər onların qarşısında duracağıq və onlara sarsıdıcı cavab verəcəyik", - deyə Pezeşkian əlavə edib.
Pezeşkian ABŞ ilə Pakistanın vasitəçiliyi ilə iyunun 17-də imzalanan, lakin tərəflər arasındakı fikir ayrılıqları səbəbindən icra olunmayan razılaşmanın İran üçün "şərəfli və dəyərli" olduğunu deyib.
Razılaşmanın Ali Milli Təhlükəsizlik Şurasında "birlik və həmrəylik" içində təsdiqləndiyini bildirən İran Prezidenti "Bu razılaşmada təslim olmaq mənasına gələn tək bir bənd belə tapa bilməzlər. Bütün öhdəliklər qarşı tərəfə aiddir", - deyə bildirib.
Pezeşkian, həmçinin müharibə və danışıqlar proseslərinin bir-birinin alternativi olmadığını vurğulayaraq, Həzrəti Əlinin sülh mövzusundakı yanaşmasına istinad edib və əldə olunmuş razılaşmalara əməl edilməsinin vacibliyini qeyd edib.
İran prezidenti çıxışının mühüm hissəsində "birlik" mesajı verib və "Birlikdə olsaq güclüyük, ayrılıq olsa yox olarıq", - deyə fikirlərini tamamlayıb.