Icma.az
close
up
RU
Pezeşkiandan ABŞ yə müharibə mesajı

Pezeşkiandan ABŞ yə müharibə mesajı

Icma.az bildirir, Yenisabah portalına istinadən.

İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə müharibəyə son qoyulmalı olduğunu bildirib.

"Yeni Sabah" ISNA agentliyinə istinadən xəbər verir ki, bu barədə Pezeşkian Tehranda İslam Həkimləri Birliyinin Baş Assambleyasında çıxışı zamanı qeyd edib.

"Müharibə bir nöqtədə başa çatmalıdır. Bu gün güc və nüfuz sahibi olduğumuz, bütün dünyanın qələbəmizi qəbul etdiyi bir dövrdə müharibəni bitirməyimiz daha yaxşıdır", — deyə İran Prezidenti bildirib. pizza sifarişi

Pezeşkian müharibənin davam etməsinin qaçılmaz bir hədəf olmadığını, ölkənin gücünü və əldə etdiyi uğurları qoruyaraq müharibəyə son qoyulmasının vacibliyini vurğulayıb.

İran dövlət başçısı bunun ölkənin ehtimal olunan hücumlar qarşısında geri addım atacağı mənasına gəlmədiyini vurğulayıb.

"Zorakılıq qarşısında heç bir halda baş əyməyəcəyik. Son nəfəsimizə qədər onların qarşısında duracağıq və onlara sarsıdıcı cavab verəcəyik", - deyə Pezeşkian əlavə edib.

Pezeşkian ABŞ ilə Pakistanın vasitəçiliyi ilə iyunun 17-də imzalanan, lakin tərəflər arasındakı fikir ayrılıqları səbəbindən icra olunmayan razılaşmanın İran üçün "şərəfli və dəyərli" olduğunu deyib.

Razılaşmanın Ali Milli Təhlükəsizlik Şurasında "birlik və həmrəylik" içində təsdiqləndiyini bildirən İran Prezidenti "Bu razılaşmada təslim olmaq mənasına gələn tək bir bənd belə tapa bilməzlər. Bütün öhdəliklər qarşı tərəfə aiddir", - deyə bildirib.

Pezeşkian, həmçinin müharibə və danışıqlar proseslərinin bir-birinin alternativi olmadığını vurğulayaraq, Həzrəti Əlinin sülh mövzusundakı yanaşmasına istinad edib və əldə olunmuş razılaşmalara əməl edilməsinin vacibliyini qeyd edib.

İran prezidenti çıxışının mühüm hissəsində "birlik" mesajı verib və "Birlikdə olsaq güclüyük, ayrılıq olsa yox olarıq", - deyə fikirlərini tamamlayıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 22 Avqust 2026 01:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1385

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see676

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see527

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see515

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see506

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see461

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see436

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see433

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see422

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see409

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see398

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see359

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see346

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see341

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see339

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see311

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see308

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see281

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see263

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see263
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri