Pezeşkianı devirməyə çağıran deputata həbs cəzası verilib | Icma.az
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır. İran parlamentinin Prezident Məsud Pezeşkian və onun başçılıq etdiyi hökumət əleyhin
Bu barədə "Azad İran" "Telegram" kanalının növbəti buraxılışında bildirilib.
Qeyd olunub ki, iki gün əvvəl İran Məhkəmə Hakimiyyəti Zöhrəvəndə mediada milli təhlükəsizliyə xələl gətirən və ictimai rəyi çaşdıran çıxışlarına görə müvafiq maddələrlə cəza verildiyini bildirib.
Məsələnin ironik cəhəti budur ki, Əbülfəzl Zöhrəvənd İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvüdür.
Hökmün konkret olaraq hansı çıxışa və fikirlərə görə çıxarıldığı rəsmən açıqlanmasa da, onun İsraillə İran arasında 12 günlük müharibə ilə əlaqədar həqiqətə uyğun olmayan iddialarla bağlı olduğu qeyd edilib.
Məhkəmə araşdırması İran Ali Milli Təhlükəsizlik Şurasının katibliyindən daxil olan şikayət əsasında Tehran prokurorluğunun açdığı cinayət işi çərçivəsində baş tutub.
Cinayət işi başlanmazdan öncə parlamentin deputatların davranışına nəzarət heyətinə sorğu göndərilib və həmin heyət Zöhrəvəndin açıqlamalarının deputat vəzifələri çərçivəsində olmadığına dair rəy verib.
Son olaraq məhkəmə Əbülfəzl Zöhrəvənd barəsində icrası 3 il təxirə salınmaq şərti ilə 3 ay 1 gün həbs hökmü çıxarıb, eləcə də onun mediada hər hansı şəkildə çıxış etməsinə 2 il müddətinə qadağa qoyub.
Tam oxu
Xəbəri oxu