Icma.az
close
up
RU
Pezeşkianı devirməyə çağıran deputata həbs cəzası verilib

Pezeşkianı devirməyə çağıran deputata həbs cəzası verilib

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

İran parlamentinin Prezident Məsud Pezeşkian və onun başçılıq etdiyi hökumət əleyhinə radikal çıxışları, eləcə də Azərbaycan Respublikasına qarşı açıqlamaları ilə tanınan deputatı Əbülfəzl Zöhrəvənd barəsində, nəhayət, hüquqi müstəvidə ölçü götürülüb.

Bu barədə "Azad İran" "Telegram" kanalının növbəti buraxılışında bildirilib.

Qeyd olunub ki, iki gün əvvəl İran Məhkəmə Hakimiyyəti Zöhrəvəndə mediada milli təhlükəsizliyə xələl gətirən və ictimai rəyi çaşdıran çıxışlarına görə müvafiq maddələrlə cəza verildiyini bildirib.

Məsələnin ironik cəhəti budur ki, Əbülfəzl Zöhrəvənd İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvüdür. Hökmün konkret olaraq hansı çıxışa və fikirlərə görə çıxarıldığı rəsmən açıqlanmasa da, onun İsraillə İran arasında 12 günlük müharibə ilə əlaqədar həqiqətə uyğun olmayan iddialarla bağlı olduğu qeyd edilib. Məhkəmə araşdırması İran Ali Milli Təhlükəsizlik Şurasının katibliyindən daxil olan şikayət əsasında Tehran prokurorluğunun açdığı cinayət işi çərçivəsində baş tutub.

Cinayət işi başlanmazdan öncə parlamentin deputatların davranışına nəzarət heyətinə sorğu göndərilib və həmin heyət Zöhrəvəndin açıqlamalarının deputat vəzifələri çərçivəsində olmadığına dair rəy verib.

Son olaraq məhkəmə Əbülfəzl Zöhrəvənd barəsində icrası 3 il təxirə salınmaq şərti ilə 3 ay 1 gün həbs hökmü çıxarıb, eləcə də onun mediada hər hansı şəkildə çıxış etməsinə 2 il müddətinə qadağa qoyub. Bundan əlavə, Zöhrəvəndlə müsahibəni yayan media orqanı məhkəmənin qərarı ilə cərimə olunub.

Pezeşkianı devirməyə çağıran deputata həbs cəzası verilib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Oktyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see375

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see363

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see303

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see285

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see257

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see257

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see245

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see243

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see233

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see225

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see219

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see218

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see205

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see196

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see180

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see179

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see172

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see166

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri