“Pika sindromu”nun əlamətləri və onunla mübarizə

03.11.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Kağız, torpaq, sement, qurumuş boya və  kömür kimi maddələr insanın qida rasionuna daxil deyil. Lakin nə vaxtsa həmin maddələri yeyənlər haqqında əhvalatlara təəccüblə qulaq asmışıq. Bu, o qədər də qəribə xəstəlik deyil. Daha çox hamilə qadınlarda və uşaqlarda rast gəlininən bu kimi davranışlara dünya səhiyyəsində “Pika” sindromu deyilir. 

Pika sindromu  olanların  zəhərli və toksik maddələr qəbul etməməsinin heç bir əlavə ziyanı yoxdur. Lakin həzm olunmayan maddələrin qəbulu həzmsizlik, qəbizlik və digər problemlər yarada bilər.

Bu barədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi psixologiya  kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib. 

Onun deyinə görə, “Pika sindromu”nun yaranma səbəbi ilə bağlı bir çox fikir irəli sürülür: “Bütün yemək pozğunluqları kimi, həmin sindromun da kökünün psixologiyaya və ruh halına bağlı olduğu düşünülür. Hər ehtimala qarşı, Pika davranışları sərgiləyən uşaqların bədənlərindəki mineral, xüsusilə dəmir və sink nisbətlərini yoxlamadan keçirmək tövsiyə olunur. Birdən-birə yarandığı kimi, zamanla öz-özünə itən “Pika sindromu”nun müalicəsi üçün konkret bir yol yoxdur.  Psixoloqlar həmin davranışları sərgiləyənlərə mümkün qədər adi yanaşmağı, əgər stresslə əlaqəlidirsə, mühitini dəyişdirməyi tövsiyə edirlər. Xatırladaq ki, autizm, şizofreniya və başqa psixoloji xəstəliklərdən əziyyət çəkənlər də həmin sindroma məxsus əlamətlər nümayiş etdirirlər. Lakin onlarınkı xəstəliklərinin bir hissəsidir, başqa əlamət kimi sayılmamalıdır”, – deyə psixoloq Yeganə Əsgərova fikrini tamamlayıb.

Süleyman QARADAĞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью