“Pika sindromu”nun əlamətləri və onunla mübarizə
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Kağız, torpaq, sement, qurumuş boya və kömür kimi maddələr insanın qida rasionuna daxil deyil. Lakin nə vaxtsa həmin maddələri yeyənlər haqqında əhvalatlara təəccüblə qulaq asmışıq. Bu, o qədər də qəribə xəstəlik deyil. Daha çox hamilə qadınlarda və uşaqlarda rast gəlininən bu kimi davranışlara dünya səhiyyəsində “Pika” sindromu deyilir.
Pika sindromu olanların zəhərli və toksik maddələr qəbul etməməsinin heç bir əlavə ziyanı yoxdur. Lakin həzm olunmayan maddələrin qəbulu həzmsizlik, qəbizlik və digər problemlər yarada bilər.
Bu barədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.
Onun deyinə görə, “Pika sindromu”nun yaranma səbəbi ilə bağlı bir çox fikir irəli sürülür: “Bütün yemək pozğunluqları kimi, həmin sindromun da kökünün psixologiyaya və ruh halına bağlı olduğu düşünülür. Hər ehtimala qarşı, Pika davranışları sərgiləyən uşaqların bədənlərindəki mineral, xüsusilə dəmir və sink nisbətlərini yoxlamadan keçirmək tövsiyə olunur. Birdən-birə yarandığı kimi, zamanla öz-özünə itən “Pika sindromu”nun müalicəsi üçün konkret bir yol yoxdur. Psixoloqlar həmin davranışları sərgiləyənlərə mümkün qədər adi yanaşmağı, əgər stresslə əlaqəlidirsə, mühitini dəyişdirməyi tövsiyə edirlər. Xatırladaq ki, autizm, şizofreniya və başqa psixoloji xəstəliklərdən əziyyət çəkənlər də həmin sindroma məxsus əlamətlər nümayiş etdirirlər. Lakin onlarınkı xəstəliklərinin bir hissəsidir, başqa əlamət kimi sayılmamalıdır”, – deyə psixoloq Yeganə Əsgərova fikrini tamamlayıb.
Süleyman QARADAĞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 03 Noyabr 2026 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















