“Pillə 3” Tələbə Tamaşaları Festivalının açılışı olub | Icma.az
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 26 may, AZƏRTAC Mayın 26-da Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə həyata keçirilən “Pillə-3” Respublika Tələbə Tamaşaları Festivalının açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, festival tələbələri yaradıcılığa ruhlandırmaq, onlara sənət bayramı yaşatmaq, gənc istedadların aşkarlanmasına dəstək olmaq və teatr tədrisi prosesini aktivləşdirmək məqsədlərini hədəfləyir.
Festival “Konstitusiya və Suverenlik İli”nə ithaf edilib. ADMİU-nun rektoru, Əməkdar İncəsənət xadimi, professor Ceyran Mahmudova çıxış edər
Tələbələrimiz tamaşa hazırlayarkən onun “Pillə” festivalında iştirakını da nəzərə alır, o motivasiya ilə hazırlaşırlar.
Əlamətdar haldır ki, bu gün festival respublika səviyyəsində keçirilir.
İnanırıq ki, yaxın zamanda bu festival beynəlxalq səviyyədə keçiriləcək”.
Yaxın günlərdə Qazaxıstanda keçirilən TÜRKSOY III Beynəlxalq Tələbə Tamaşalarında iştirak edən rektor həmin səfər haqqında danışaraq, ADMİU-nun ölkəmizdən uzaqda mötəbər festivalda uğurla təmsil olunduğunu vurğulayıb.
Tam oxu
Xəbəri oxu