Icma.az
close
up
RU
“Pillə 3” Tələbə Tamaşaları Festivalının açılışı olub

“Pillə 3” Tələbə Tamaşaları Festivalının açılışı olub

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 26 may, AZƏRTAC

Mayın 26-da Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə həyata keçirilən “Pillə-3” Respublika Tələbə Tamaşaları Festivalının açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, festival tələbələri yaradıcılığa ruhlandırmaq, onlara sənət bayramı yaşatmaq, gənc istedadların aşkarlanmasına dəstək olmaq və teatr tədrisi prosesini aktivləşdirmək məqsədlərini hədəfləyir. Festival “Konstitusiya və Suverenlik İli”nə ithaf edilib.

ADMİU-nun rektoru, Əməkdar İncəsənət xadimi, professor Ceyran Mahmudova çıxış edərək “Pillə” Tələbə Tamaşaları Festivalının tarixi haqqında qısa məlumat verib: “Çox sevindirici haldır ki, bu festival universitetimizin həyatında mühüm rol alıb. Tələbələrimiz tamaşa hazırlayarkən onun “Pillə” festivalında iştirakını da nəzərə alır, o motivasiya ilə hazırlaşırlar. Əlamətdar haldır ki, bu gün festival respublika səviyyəsində keçirilir. İnanırıq ki, yaxın zamanda bu festival beynəlxalq səviyyədə keçiriləcək”.

Yaxın günlərdə Qazaxıstanda keçirilən TÜRKSOY III Beynəlxalq Tələbə Tamaşalarında iştirak edən rektor həmin səfər haqqında danışaraq, ADMİU-nun ölkəmizdən uzaqda mötəbər festivalda uğurla təmsil olunduğunu vurğulayıb.

Eyni zamanda, C.Mahmudova çıxışında bildirib ki, ilk dəfə olaraq ADMİU Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında da uğurla təmsil olunub: “Bütün tələbələrimizi təbrik edirəm. Hər bir tələbənin uğurunun arxasında müəllim zəhməti durur. Mən tələbələrimizi də, onların müəllimlərini də alqışlayıram”.

“Pillə-3” Respublika Tələbə Tamaşaları Festivalında 8 universitetin də təmsil olunduğunu diqqətə çatdıran rektor C.Mahmudova onlara və bütün iştirakçılara uğurlar arzu edib.

Sonra festivalın tarixi haqqında videoçarx nümayiş edilib, ADMİU-nun Musiqili teatr kafedrasının tələbələri çıxış ediblər.

Münsiflər heyətinin sədri - Dram rejissoru və səhnə plastikası kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor İsrafil İsrafilov çıxış edərək festivalın önəmindən danışıb.

“Pillə-2” festivalında “Ən yaxşı kişi rolu” üzrə qalib olmuş Elməddin Zakirli öz təcrübəsini və təəssüratını bölüşüb.

Daha sonra Teatr sənəti fakültəsinin tələbələrinin ifasında Ü.Hacıbəylinin felyetonlarından ibarət səhnəcik nümayiş olunub, “Pillə-3” festivalının proqramı videoçarxla təqdim edilib.

Açılış mərasimindən sonra ADMİU-nun tələbələrinin ifasında “Dönüş” tamaşası oynanılıb.

Həmçinin festivalın ilk günündə Naxçıvan Dövlət Universitetinin tələbələri “Uçurum” (H.Cavid), ADMİU təmsilçiləri “Arqon” (Ş.Xeyrulla) və Azərbaycan Dillər Universiteti “Arşın mal alan” (Ü.Hacıbəyli, İngilis dilində) tamaşaları ilə çıxış ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri