Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Uzun müddət pinqvinlərin planetin ən sədaqətli quşlarından biri olduğu və ömürlük cüt seçdiyi düşünülürdü.
Lakin professor Riçard Reynin rəhbərliyi altında Monaş Universitetinin alimlərinin yeni tədqiqatı pinqvinlərin gözlənilməz sirlərini açır.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə focus.ua xəbər verib.
20 il ərzində tədqiqatçılar təxminən 37 000 fərddən ibarət koloniyanı müşahidə ediblər.
Onlar aşkar ediblər ki, əlverişli dövrlərdə pinqvinlər adətən öz partnyorlarına sadiq qalırlar, baxmayaraq ki, "kənara getməyə" də meyllidirlər.
Lakin uğursuz çoxalma mövsümündən sonra bir çox quşlar "boşanmağa" və nəsil artırmaq şanslarını artırmaq ümidi ilə yeni partnyor axtarmağa qərar verirlər.
"Bütün tədqiqat müddətində təxminən 1 000 pinqvin cütü arasında 250-yə yaxın "boşanma" qeydə almışıq", - deyə professor Reyn bildirib.