Pinqvinlər öz aralarında tez tez boşanırlar : onları ürək qırmağa nə məcbur edir?
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Uzun müddət pinqvinlərin planetin ən sədaqətli quşlarından biri olduğu və ömürlük cüt seçdiyi düşünülürdü. Lakin professor Riçard Reynin rəhbərliyi altında Monaş Universitetinin alimlərinin yeni tədqiqatı pinqvinlərin gözlənilməz sirlərini açır.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə focus.ua xəbər verib.
20 il ərzində tədqiqatçılar təxminən 37 000 fərddən ibarət koloniyanı müşahidə ediblər. Onlar aşkar ediblər ki, əlverişli dövrlərdə pinqvinlər adətən öz partnyorlarına sadiq qalırlar, baxmayaraq ki, "kənara getməyə" də meyllidirlər.
Lakin uğursuz çoxalma mövsümündən sonra bir çox quşlar "boşanmağa" və nəsil artırmaq şanslarını artırmaq ümidi ilə yeni partnyor axtarmağa qərar verirlər.
"Bütün tədqiqat müddətində təxminən 1 000 pinqvin cütü arasında 250-yə yaxın "boşanma" qeydə almışıq", - deyə professor Reyn bildirib.
Alimlər müəyyən ediblər ki, münasibətlərin pozulmasının əsas səbəbi balaların az olmasıdır. Lakin bu riskli qərar həmişə özünü doğrultmur və reproduktiv uğurun daha da azalmasına səbəb ola bilər.
Alimlər bu yöndə tədqiqatlarına davam edəcəklərini bildiriblər.
Avstraliya sahillərində yerləşən Fillip adası dünyanın ən böyük pinqvin koloniyasının (37 000) evidir. Hər il minlərlə turist bu əsrarəngiz mənzərəni - bu cazibədar dəniz quşlarının okeandan öz yuvalarına qayıtdığı "Pinqvin Paradı"nı izləmək üçün adaya axışır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 18 Yanvar 2025 06:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















