Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq. Universitetə qəbul olunduğum gün haqqında danışacağım müəllimimin görüşünə çox tələsirdim
O, ömrünün yarısından çoxunu, daha dəqiq elə hamısını fakültəmizin inkişafına həsr edib. Niyə hamısını?
Çünki onun gərgin bir günü mübaliğəsiz üç günə bərabərdir. Əlqərəz.
Özüm də daxil olmaqla gələcək tələbə yoldaşlarımla birlikdə deyilən gündə, saatda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində olduq.
Həmin gündən qiyabi şöbənin rəhbəri Xalidə Cavadova ilə əyani tanışlığımız yarandı.
Beləcə bu görüş Universitetə ilk qədəm qoyan tələbələrin qəlbində, ruhunda xoş və unudulmaz xatirəyə və sabahkı addımlarımızda əminliyimizə zəmin yaratdı.
Çünki tələbə həm də ana qayğısını, dost mehribanlığını nurani bir insanın timsalında hiss etmişdi.
O an anladım ki, bəzən insanları ruhunla hiss etmək, hüceyrələrində duymaq, anlamaq üçün tam yaxından tanımağa da gərək yoxuymuş.