Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ATƏT də dərin böhran yaşanır

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

Pirani fakültənin nurani ismi Xalidə Cavadova Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Pirani fakültənin nurani ismi Xalidə Cavadova Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Universitetə qəbul olunduğum gün haqqında danışacağım müəllimimin görüşünə çox tələsirdim. O, ömrünün yarısından çoxunu, daha dəqiq elə hamısını fakültəmizin inkişafına həsr edib. Niyə hamısını? Çünki onun gərgin bir günü mübaliğəsiz üç günə bərabərdir. Əlqərəz. Özüm də daxil olmaqla gələcək tələbə yoldaşlarımla birlikdə deyilən gündə, saatda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində olduq. Həmin gündən qiyabi şöbənin rəhbəri Xalidə Cavadova ilə əyani tanışlığımız yarandı. Beləcə bu görüş Universitetə ilk qədəm qoyan tələbələrin qəlbində, ruhunda xoş və unudulmaz xatirəyə və sabahkı addımlarımızda əminliyimizə zəmin yaratdı. Çünki tələbə həm də ana qayğısını, dost mehribanlığını nurani bir insanın timsalında hiss etmişdi. O an anladım ki, bəzən insanları ruhunla hiss etmək, hüceyrələrində duymaq, anlamaq üçün tam yaxından tanımağa da gərək yoxuymuş. Amma məni başqa bir məqam daha çox özünə çəkdi.

Xalidə Cavadova tələbələrlə bir-bir yaxından tanış olur, sənəd işlərini qaydaya salarkən həm də bir müəllim kimi bizlərə dərs keçdi. Mən dəfələrlə ərəb-fars mənşəli ifadələrdən, gələcək tələbə yoldaşlarım rus-ingilis kəlmələrindən istifadə edərkən, Xalidə müəllimə anındaca həmin ibarələrin öz lisanımızda qarşılığını verir, ana dilimizin zənginliyini hər dəqiqə bizlərə çatdırırdı. Bəzilərimizi qanadlandıran, valeh edən birinci amil də məhz bu idi: Xalidə Cavadovanın Vətən, millət, dövlət, dil sevgisi... Və ən nəhayətində pirani Universitetimizə yaraşan nurani davranışı... Kiçik otağında dövlətin bayrağını başı üzərində "dalğalandıran", tarixin dünənindən bu gününə kimi yaşayan əxlaqını, adətini, görənəklərini qoruyan Xalidə Cavadova həm də bir ruhani misalında görünürdü. N.Nərimanovun Bahadır və Sona münasibətindəki ruhani məhəbbətin şəkk-şübhəsizliyi kimi, tələbə-müəllim arasında da bu bağlılıq möhkəm və sarsılmaz idi. 

Qarşıda bizi Xalidə Cavadovanın quracağı proqram üzrə dərslər və müəllimlərimizlə tanışlıq gözləyirdi. O an gördüyüm yaradıcı, insani, milli və bəşəri keyfiyyətlərin fonunda Universitetdə ilk müəllimim — Xalidə Cavadova oldu. Qarşıdakı illərdə Xalidə Cavadovanın öz işinə yüksək dəqiqlik və peşəkarlıqla yanaşması gözümüzdən yayınmadı. Biz Xalidə müəllimənin sözü, tapşırığı ilə bərabər, həm də onun rəftar və davranışlarından öyrənirdik. Adətən dərslər axşam saatlarında bitirdi. Bununla belə, çoxunun fakültədə olmadığı bir zamanda Xalidə Cavadova həmişə gözə dəyirdi. Hər zaman iş otağının qapısı açıq olardı. Ya da əlində qovluq harasa tələsər, önünə çıxan tələbəyə çətinliyinin olub-olmadığı barədə soruşardı. O, metodist kimi tək dərs prosesinin gedişatına, tədrisin təkmilləşdirilməsinə, müəllimlərlə işləməyə vaxt ayırmır, həm də tələbələri mütamadi olaraq öz nəzarəti, qayğısı altında saxlayırdı. Özünün də dediyi kimi: "Siz mənim balalarımsınız".

Təbii ki, illər ərzində bir fənn digərini əvəz edirdi. Beləcə fənni tədris edən müəllim də dəyişirdi. Ancaq Xalidə Cavadova bizimlə sərasər işlədi, yorulmaq bilmədən, sualımızı cavabsız, uzatdığımız əli köməksiz qoymadan. O, həm də bizlərə fakültənin təməl daşları olan müəllimlərimizi xatırladır, yeri gəldikdə onlar barədə məlumat da verirdi. Dünənlə bu gün arasında mənəvi körpü yaradırdı. 

Müəllim həqiqətən də nəsillərin tərbiyəçisi rolundadır. Düşünsək ki, bu proses hər il təkrarlanır, şagirdlər, tələbələr məktəbə, universitetə qədəm qoyur, o zaman müəllim və metodistlərin işinin nə dərəcədə ağır, şərəfli və məsuliyyətli olduğunu görərik. 

Hər dəfə əlimə qələm alanda Belinskinin bir ifadəsi yadıma düşür. Bu dəfə nədənsə o fikri yazının sonlarına yaxın xatırladım. O, deyirdi: "...Poema həyatın ali məqamlarında ehtiva edir". Yəni, hər məqam əsər üçün material ola bilməz. Yəni, yaradıcılıq nümunəsinin ideal həqiqəti nəciblik, ləyaqət, vətənpərvərlik və fədakarlıq üzərində qurulmalıdır. Müsbət qəhrəman və müsbət ideal olmalıdır.

Bu yaxınlarda "Bütöv Azərbaycan" qəzetinin on il bundan öncəki nüsxəsini əlimə alanda ömrünü Jurnalistika fakültəsinə həsr edən Xalidə Cavadova barədə fakültə müəllimimiz Mahmud Mahmudovun müsbət fikirlərini oxudum. Məqalənin "onurğa sütununu" təşkil edən cümlə belə idi: "Xalidə Cavadovanın səmimiyyətinə, işgüzarlığına, xeyirxahlığına söz ola bilməz". Müəllifin haqlı fikirləri məni beş il öncəyə qaytardı. Görünən odur ki, Xalidə Cavadova ismi hər kəsin dilində və qəlbində dünəndən bu günə ən uca zirvədədir... 

Əsgər İsmayılov, xüsusi olaraq AZXEBER.COM saytı üçün


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 05 Dekabr 2024 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see270

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see259

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see216

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see209

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see205

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see191

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see187

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see187

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see179

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see166

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see165

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see149

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see146

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see144

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see143

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see137

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see136

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see135

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri