Pişiyi üçün həri edən, teatdran incik düşən dahi aktrisa Nəsibə Zeynalovanın ölüm günüdür.…
Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan teatr və kino sənətinin əfsanəvi aktrisası, unudulmaz sənətkar Nəsibə Cahangir qızı Zeynalovanın vəfatından 21 il ötür.
Sfera.az xəbər verir ki, qüdrətli gülüş ustası, səhnəmizin “qaynana”sı dünyasını dəyişsə də, ifa etdiyi rollar, yaratdığı unudulmaz obrazlar hələ də tamaşaçıların yaddaşında və qəlbində yaşayır.
Nəsibə Zeynalova 20 aprel, 1916-cı ildə Bakıda anadan olub. Onun atası Cahangir Zeynalov həm tanınmış tacir, həm də aktyor idi.
C.Zeynalov arzu edib ki, övladı onun sənətini davam etdirsin. Ancaq bu arzusunu görmək ona qismət olmayıb.
1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə ailəsi ilə İrana yollanan Cahangir Zeynalov sentyabr ayında Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulub və bu xəstəlikdən də qısa zamanda dünyasını dəyişib.
Atasını itirdiyi vaxtda Nəsibənin iki yaşı olub. Aktyor ailəsində dünyaya gələn Nəsibə Zeynalova uşaq yaşlarından sənətə maraq göstərib.
O, Azərbaycan teatrında və kinoda bir çox unudulmaz obrazlar yaradıb.
Tam oxu
Xəbəri oxu