Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Pişiyi üçün həri edən, teatdran incik düşən dahi aktrisa Nəsibə Zeynalovanın ölüm günüdür...

Pişiyi üçün həri edən, teatdran incik düşən dahi aktrisa Nəsibə Zeynalovanın ölüm günüdür...

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan teatr və kino sənətinin əfsanəvi aktrisası, unudulmaz sənətkar Nəsibə Cahangir qızı Zeynalovanın vəfatından 21 il ötür.

Sfera.az xəbər verir ki, qüdrətli gülüş ustası, səhnəmizin “qaynana”sı dünyasını dəyişsə də, ifa etdiyi rollar, yaratdığı unudulmaz obrazlar hələ də tamaşaçıların yaddaşında və qəlbində yaşayır.

Nəsibə Zeynalova 20 aprel, 1916-cı ildə Bakıda anadan olub. Onun atası Cahangir Zeynalov həm tanınmış tacir, həm də aktyor idi.  C.Zeynalov arzu edib ki, övladı onun sənətini davam etdirsin. Ancaq bu arzusunu görmək ona qismət olmayıb. 1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə ailəsi ilə İrana yollanan Cahangir Zeynalov sentyabr ayında Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulub və bu xəstəlikdən də qısa zamanda dünyasını dəyişib. Atasını itirdiyi vaxtda Nəsibənin iki yaşı olub.

Aktyor ailəsində dünyaya gələn Nəsibə Zeynalova uşaq yaşlarından sənətə maraq göstərib. O, Azərbaycan teatrında və kinoda bir çox unudulmaz obrazlar yaradıb. 1942-ci ildən ömrünün sonuna qədər, 65 il Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyət göstərib. Onun komik rollardakı məharəti, səhnə plastikası və səmimiyyəti tamaşaçıları daim valeh edib. Son illərində isə teatrdan inciyib. Musiqili Komediya Teatrından ayrılıb. Həmin dövrdə qoyulan tamaşalar ona uyğun olmayıb. Üstəlik, Nəsibə xanıma qarşı bəzi xoşagəlməz hərəkətlərin də olduğu söylənilir. Ömrünün son günlərində isə teatr üçün çox darıxaraq deyirmiş: "Heyf, Allah mənə möhlət versəydi, sağlamlığım yerində olsaydı, yenə də oynayardım". Ürəyində teatrla bağlı çoxlu arzuları olan aktrisa rejissorların onu həmişə komik planda görməsindən gileylənib, təəssüflənirmiş.

Nəsibə xanımın istedadı yalnız teatr səhnəsi ilə məhdudlaşmayıb. O, “O olmasın, bu olsun”, “Bəxt üzüyü”, “Görüş”, “Qaynana” kimi məşhur filmlərdəki rolları ilə də tamaşaçıların sevgisini qazanıb. Xüsusilə, Şəhrəbanu obrazı (Qaynana) Azərbaycan kinematoqrafiyasının ən sevilən obrazlarından birinə çevrilib.

Nəsibə Zeynalova Azərbaycan səhnəsində və ekranında yaratdığı obrazlarla xalqın qəlbində dərin iz qoyub. Onun hər bir rolu səmimiyyəti, komik üslubu və məzmunlu ifası ilə seçilib. Aktrisanın özünəməxsus danışıq tərzi, ekspressiv jestləri və həyat dolu enerjisi bu gün də tamaşaçıların xatirəsində yaşayır.

Onun sənətə verdiyi töhfələr dövlət tərəfindən yüksək qiymətləndirilib. Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1967-ci ildə xalq artisti fəxri adına layiq görülüb. "Hicran" musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır.

Nəsibə Zeynalova sonuncu dəfə aktyor Cahangir Novruzovla "Əmanət" tamaşası üzərində işləyir. Məşqlər başlansa da, aktrisanın səhhəti korlandığı üçün bu səhnə işi yarımçıq qalır.

1974-cü ildə Rauf Kazımovski onun yaradıcılığı barədə "Aktrisanın təbəssümü" televiziya filmi çəkib. Nəsibə Zeynalovanın obrazları həyatiliyi və real bədii təsvirləri ilə həmişə orijinal görünüb.

Gülləri və heyvanları, xüsusilə pişikləri çox sevib. Harada sahibsiz pişik görsə, ürəyi yanır, götürüb evə gətirirmiş. Onlara qulluq edir, yorğan-döşək də tikirmiş. Bir dəfə isə öz pişiyi üçün qonşu pişiyinə xonça ilə elçi gedir. Ədəb-ərkanla qonşudan pişiyin "həri"sini alır.

Nəsibə Zeynalova 2004-cü il martın 10-da Milli Teatr Günündə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.

O, aktyor Cahangir Novruzovun anası, Nəsibə Novruzovanın nənəsidir.

Nəsibə Zeynalova təkcə böyük bir aktrisa deyil, həm də Azərbaycan teatr və kino sənətinin ayrılmaz bir hissəsi idi. Onun xatirəsi Azərbaycan mədəniyyətində daim yaşayacaq və yeni nəsillər onun sənət irsindən bəhrələnəcək.

Bu gün sənətsevərlər, tamaşaçılar və həmkarları onu dərin hörmət və ehtiramla yad edirlər. Nəsibə Zeynalovanın gülüşü, səsi və ruhu bizimlədir – tamaşalarında, filmlərində, xatirələrdə...


Firuzə Əliyeva
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://sfera.az
archiveBu xəbər 10 Mart 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see283

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see276

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see225

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see215

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see211

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see206

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see198

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see197

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see190

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see185

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see180

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see176

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see172

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see155

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see153

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see153

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see151

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see150

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see143

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri