Plan hazırlandı, hədəflər seçildi, ölkə təşvişə düşdü: Dünyanın danışdığı lider təhlükədə …
GlobalInfo saytına istinadən Icma.az xəbər verir. CNN nəşrinin ABŞ-la bağlı son iddiası rezonans doğurub.
Məlumata görə, Prezident Donald Tramp Venesuela Prezidenti Nikolas Maduronun gücünü zəiflətmək məqsədilə bu ölkənin ərazisinə zərbələr endirməyi düşünür.
Nəşrin iddiasına əsasən, Venesuelada fəaliyyət göstərən narkotik kartellərinə hərbi zərbələr endirmək və Maduronu zəiflətmək üçün müxtəlif variantlar nəzərdən keçirilib.
Telekanalın mənbələri hələlik yekun qərarın verilmədiyini qeyd etsə də, gələcəkdə bu hücumların icrası gözlənilir.
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi praktik baxımdan mümkündür: “Yeni zərbələrin endirilməsi ehtimalı da istisna deyil.
Lakin belə bir addım Ağ Ev rəhbərinin strateji səhvi kimi qiymətləndirilə bilər.
Çünki müasir beynəlxalq münasibətlər sistemində gücdən çox diplomatik imic və siyasi nüfuz ön plana çıxır.
Dünyada sülhün təmin olunmasına dəstək verən, hətta Nobel Sülh Mükafatına iddialı bir liderin bu cür aqressiv addıma getməsi onun bütün qlobal mövqelərini zəiflədər.
Tam oxu
Xəbəri oxu