Icma.az
close
up
RU
Plan hazırlandı, hədəflər seçildi, ölkə təşvişə düşdü: Dünyanın danışdığı lider təhlükədə

Plan hazırlandı, hədəflər seçildi, ölkə təşvişə düşdü: Dünyanın danışdığı lider təhlükədə

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

CNN nəşrinin ABŞ-la bağlı son iddiası rezonans doğurub. Məlumata görə, Prezident Donald Tramp Venesuela Prezidenti Nikolas Maduronun gücünü zəiflətmək məqsədilə bu ölkənin ərazisinə zərbələr endirməyi düşünür.

Nəşrin iddiasına əsasən, Venesuelada fəaliyyət göstərən narkotik kartellərinə hərbi zərbələr endirmək və Maduronu zəiflətmək üçün müxtəlif variantlar nəzərdən keçirilib. Telekanalın mənbələri hələlik yekun qərarın verilmədiyini qeyd etsə də, gələcəkdə bu hücumların icrası gözlənilir.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi praktik baxımdan mümkündür:

“Yeni zərbələrin endirilməsi ehtimalı da istisna deyil. Lakin belə bir addım Ağ Ev rəhbərinin strateji səhvi kimi qiymətləndirilə bilər. Çünki müasir beynəlxalq münasibətlər sistemində gücdən çox diplomatik imic və siyasi nüfuz ön plana çıxır. Dünyada sülhün təmin olunmasına dəstək verən, hətta Nobel Sülh Mükafatına iddialı bir liderin bu cür aqressiv addıma getməsi onun bütün qlobal mövqelərini zəiflədər.

Əgər Donald Tramp, həqiqətən də, müharibə başlatmayan yeganə ABŞ prezidenti kimi tarixə düşmək istəyirsə, bu imici qorumağa çalışmalıdır. Venesuelaya qarşı hərbi əməliyyatın başlanması Latın Amerikası ölkələrində Vaşinqtona qərəzli münasibəti daha da gücləndirəcək. O cümlədən, regionda anti-Amerika əhval-ruhiyyəsini dərinləşdirəcək. Üstəlik, belə bir hücum həm Çin, həm də son zamanlar münasibətlərin gərginləşdiyi Avropa üçün Vaşinqtonun əleyhinə əlavə bəhanə ola bilər”.

Həmçinin oxuyun:

Qəzzafi ssenarisi aktivləşir: bu ölkənin lideri vurula bilər – ABŞ hərəkətə keçdi


Kənan Novruzov

Siyasi şərhçi bildirib ki, Çin uzun müddətdir Venesuelada iqtisadi və enerji layihələrinə sərmayə yatırır:

“ABŞ-ın hərbi müdaxiləsi Pekinin maraqlarını birbaşa hədəf alacaq və iki nəhəng dövlət arasında yeni qarşıdurma ocağı yaradacaq. Avropa İttifaqı isə humanitar böhrandan və qaçqın axınından narahat olaraq, Ağ Evin bu addımını sərt şəkildə tənqid edə bilər. Beləliklə, hərbi hücum Vaşinqtonun müttəfiqləri ilə münasibətlərinə də ciddi zərbə vurmuş olacaq.

Bütün bu amillər göstərir ki, Venesuelaya qarşı güc tətbiqi ABŞ üçün yalnız qısamüddətli hərbi uğur gətirə bilər. Lakin uzunmüddətli siyasi, diplomatik və iqtisadi nəticələri çox ağır olacaq. Bu səbəbdən ən doğru yol sanksiyalar, diplomatik təzyiqlər və beynəlxalq vasitəçilik mexanizmləri ilə problemi həll etməkdir. ABŞ lideri üçün ən böyük uğur regionu sabitləşdirmək, Venesuelanı beynəlxalq hüquq çərçivəsində demokratik və iqtisadi transformasiyaya təşviq etməkdir. Bu, həm Vaşinqtonun maraqlarına cavab verər, həm də Trampın “sülh istəyən prezident” imicini qoruyar”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Sentyabr 2025 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri