Plan yerlərinin artırılması ballara təsir göstərəcək | Icma.az
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Əslində ümumi qeydiyyatdan keçən abituriyentlərin sayı o qədər də vacib deyil.
Çünki 130 min abituriyent qeydiyyatdan keçib və bu, keçən illə müqayisədə 12 min nəfər artım deməkdir.
Amma əsas məsələ müsabiqə şərtlərini ödəyib ixtisas seçiminə buraxılan abituriyentlərin sayıdır.
130 min abituriyent arasında neçəsinin müsabiqə şərtlərini ödəyəcəyi və müsabiqədə iştirak edəcəyi daha vacib məsələdir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadənin keçirdiyi mətbuat konfransında təhsil müəssisələrinə ayrılan plan yerlərinin çoxalması barədə açıqlamasını şərh edərkən bildirdi.
"Qəbul imtahanlarının nəticələrindən sonra ümumi statistika açıqlanacaq və həmin statistikaya baxdıqda, hər ixtisas qrupu üzrə müsabiqə şərtlərini ödəyən və ixtisas seçiminə buraxılan abituriyentlərin sayını görəcəyik.
Bizim üçün vacib olan da məhz bu saydır. Tutaq ki, 150 min nəfər sənəd versə belə, onlardan müsabiqə şərtlərini ödəyənlərin sayı keçən illə
Tam oxu
Xəbəri oxu