Icma.az
close
up
RU
Plan yerlərinin artırılması ballara təsir göstərəcək

Plan yerlərinin artırılması ballara təsir göstərəcək

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Əslində ümumi qeydiyyatdan keçən abituriyentlərin sayı o qədər də vacib deyil. Çünki 130 min abituriyent qeydiyyatdan keçib və bu, keçən illə müqayisədə 12 min nəfər artım deməkdir. Amma əsas məsələ müsabiqə şərtlərini ödəyib ixtisas seçiminə buraxılan abituriyentlərin sayıdır. 130 min abituriyent arasında neçəsinin müsabiqə şərtlərini ödəyəcəyi və müsabiqədə iştirak edəcəyi daha vacib məsələdir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadənin keçirdiyi mətbuat konfransında təhsil müəssisələrinə ayrılan plan yerlərinin çoxalması barədə açıqlamasını şərh edərkən bildirdi.

"Qəbul imtahanlarının nəticələrindən sonra ümumi statistika açıqlanacaq və həmin statistikaya baxdıqda, hər ixtisas qrupu üzrə müsabiqə şərtlərini ödəyən və ixtisas seçiminə buraxılan abituriyentlərin sayını görəcəyik. Bizim üçün vacib olan da məhz bu saydır. Tutaq ki, 150 min nəfər sənəd versə belə, onlardan müsabiqə şərtlərini ödəyənlərin sayı keçən illə eyni olarsa, artıq müəyyən fikirlər irəli sürmək mümkündür. Əgər belə olarsa, bu, balların aşağı düşəcəyi anlamına gələ bilər.

Burada əsas məsələ sənəd verənlərin sayı deyil. Bəli, deyə bilərik ki, 12 min nəfər çox olan abituriyentlərin sayı müsabiqə şərtlərini ödəyənlərin sayına müəyyən qədər təsir edə bilər".

Təhsil eksperti qeyd etdi ki, keçirilən imtahanlarda sualların çətinlik səviyyəsi də öz rolunu oynayacaq, əgər blok imtahanının sualları çətin olarsa, ballar aşağı düşəcək. 

"Plan yerlərinin artırılması çox gözəl bir addım oldu. Əslində, biz plan yerlərinin daha çox artırılmasını gözləyirdik. Hardasa 62-63 min yer gözlənilirdi. Keçən il bu rəqəm 58 min ətrafında idi. Bu il isə 60 mini keçdi. Bu da təxminən 2500 plan yerinin artması deməkdir. Bu da istər-istəməz həm ballara, həm də qəbul prosesinə təsir göstərəcək. Bu o deməkdir ki, bu il keçən illə müqayisədə daha çox abituriyent universitetə qəbul ola biləcək – əgər düzgün ixtisas seçimi edə bilərlərsə. Bu, əlbəttə ki, sevindirici haldır.

Xüsusilə dövlət sifarişli yerlərin sayının ödənişli əsaslarla olan yerlərdən daha çox olması müsbət haldır. Yəni, dövlət sifarişli ixtisaslara ayrılan plan yerləri 52-53% təşkil edir ki, bu da dövlətin təhsilə göstərdiyi diqqətin göstəricisidir. Həqiqətən də, ilbəil dövlət sifarişli yerlərin artırılması maddi çətinlikləri olan ailələrin övladlarının pulsuz ali təhsil alma imkanlarını genişləndirir.

Bu kimi mövzularla bağlı daha dəqiq fikir bildirmək üçün blok imtahanlarının cavabları açıqlandıqdan sonra yayımlanacaq statistikaya əsaslanmaq lazımdır. Amma indiki proqnoz onu göstərir ki, plan yerlərinin artırılması ballara müəyyən qədər təsir göstərəcək və iki mindən çox abituriyentin qəbul olmasına şərait yaradacaq. Sənəd verənlərin sayının çox olması isə qəbul prosesinin hansı səviyyədə keçiriləcəyini tam göstərmir" , - deyə Ramin Nurəliyev vurğuladı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 May 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see309

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see300

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see291

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see277

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see271

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see267

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see253

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see242

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see236

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see229

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see218

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see218

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see217

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see215

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see212

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see202

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see202

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see199

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see194

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri