Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq. Yer üzündə ən geniş yayılmış heyvan "Alicella gigantea" adlı sirli canlıdır.
Görünüşü kreveti xatırladan bu heyvan dəniz dibinin 59%-ni əhatə etsə də, onu görənlər barmaqla sayılacaq qədər azdır.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "IFLScience" xəbər yayıb.
Bildirilir ki, Avstraliyanın Qərb Universitetinin alimləri nadir hallarda görünən, lakin planetin ən dərin nöqtələrində geniş yayılmış "Alicella gigantea" haqqında yeni araşdırma aparıb.
Bu nəhəng amfipod növü, yəni qabıqsız xərçəngkimilərdən olan canlı, 34 santimetr uzunluğa çata bilir və okeanın 3 900 - 8 900 metr dərinliklərində yaşayır.
İlk dəfə 1899-cu ildə aşkar edilən bu canlı haqqında elm hələ də az məlumata malikdir.
Lakin son illərdə toplanmış təxminən 200 qeydə əsasən, "A.gigantea" artıq Sakit, Atlantik və Hind okeanlarında təsbit edilib.
Yeni məlumatlar göstərir ki, bu canlılar dünya okean dibinin 59%-ni əhatə edir və bu göstərici ilə yer üzündə ən geniş yayılmış heyvana çevrilir.