Icma.az
close
up
RU
Planetin ən geniş yayılmış heyvanı: Okean dibinin üçdə ikisini zəbt edib , amma gözə görünmür

Planetin ən geniş yayılmış heyvanı: Okean dibinin üçdə ikisini zəbt edib , amma gözə görünmür

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Yer üzündə ən geniş yayılmış heyvan "Alicella gigantea" adlı sirli canlıdır. Görünüşü kreveti xatırladan bu heyvan dəniz dibinin 59%-ni əhatə etsə də, onu görənlər barmaqla sayılacaq qədər azdır.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "IFLScience" xəbər yayıb.

Bildirilir ki, Avstraliyanın Qərb Universitetinin alimləri nadir hallarda görünən, lakin planetin ən dərin nöqtələrində geniş yayılmış "Alicella gigantea" haqqında yeni araşdırma aparıb. Bu nəhəng amfipod növü, yəni qabıqsız xərçəngkimilərdən olan canlı, 34 santimetr uzunluğa çata bilir və okeanın 3 900 - 8 900 metr dərinliklərində yaşayır.

İlk dəfə 1899-cu ildə aşkar edilən bu canlı haqqında elm hələ də az məlumata malikdir. Lakin son illərdə toplanmış təxminən 200 qeydə əsasən, "A.gigantea" artıq Sakit, Atlantik və Hind okeanlarında təsbit edilib. Yeni məlumatlar göstərir ki, bu canlılar dünya okean dibinin 59%-ni əhatə edir və bu göstərici ilə yer üzündə ən geniş yayılmış heyvana çevrilir.

Alimlər bu amfipodun unikal genetik xüsusiyyətlərini araşdırarkən, onun enerjiyə qənaət, uzun müddət aclığa davam gətirmək və yüksək təzyiqə tab gətirmək kimi qabiliyyətlərini təmin edən genlərə sahib olduğunu müəyyən ediblər.

"Yer kürəsinin 71%-i su ilə örtülüdür və indi məlum olur ki, onun dibində ən geniş yayılan canlı çoxumuzun heç vaxt görmədiyi, amma planetin ən çətin şərtlərində yaşamağı bacaran "Alicella gigantea"dır", - deyə araşdırmada vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 May 2025 03:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see237

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see223

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see196

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see135

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri