Planlar hazırdır: Dronların Rusiya ərazisindəki gizli hərəkət marşrutu böyük suallar doğur…
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyaya misli görünməmiş hücum Çinin Rusiyaya silah tədarük etməsi ilə bağlı hesabatların yayımlanmasından sonraya təsadüf etdiEhtimal ki, ABŞ prosesləri Ukraynanın xeyrinə dəyişdirməyi hədəfləyərək bir sıra məqsədlər güdürUkrayna Təhlükəsizlik Xidmətinin “Hörümçək toru” əməliyyatı nəticəsində Rusiyanın strateji bombardmançı təyyarələrinin məhv edilməsi hələ də müzakirə mövzusudur.
Pilotsuz təyyarələrlə Rusiya aviabazalarına hücumunun arxasında İsrailin MOSSAD, Böyük Britaniyanın Məxfi Kəşfiyyat Xidməti (Mİ6) və ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) dayandığı iddia edilir.
Amerikalı siyasi şərhçi və MKİ-nin sabiq analitiki Lerri Conson bildirib ki, bu üç kəşfiyyat agentliyi Ukraynanın pilotsuz təyyarələrlə həyata keçirdiyi hücumu koordinasiya edərək, nəticədə Rusiyanın strateji bombardmançılarının 34 faizini məhv edib.
Bundan əlavə, analitikin sözlərinə görə, Pentaqonun rəhbəri Pit Heqset hücumun gedişatını canlı olaraq izləyib.
Ukraynanın “Hörümçək toru” əməliyyatının başlaması ilə bağlı görüntülər yayılıb.
Görüntülər Ukrayna teleqram kanallarına Ukrayna Təhlüəkəsizlik Xidmətinin əməkdaşları tərəfindən təqdim olunub.
Görüntülərdə modul evlərin yükləndiyi yük maşınının yolda irəlilədiyi qeyd olunub.
Tam oxu
Xəbəri oxu