Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

İran rejimi legitimliyini itirir ŞƏRH

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İsrailə yeni qırıcılar verildi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

Planlar hazırdır: Dronların Rusiya ərazisindəki gizli hərəkət marşrutu böyük suallar doğurur

Planlar hazırdır: Dronların Rusiya ərazisindəki gizli hərəkət marşrutu böyük suallar doğurur

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyaya misli görünməmiş hücum Çinin Rusiyaya silah tədarük etməsi ilə bağlı hesabatların yayımlanmasından sonraya təsadüf etdi


Ehtimal ki, ABŞ prosesləri Ukraynanın xeyrinə dəyişdirməyi hədəfləyərək bir sıra məqsədlər güdür

Ukrayna Təhlükəsizlik Xidmətinin “Hörümçək toru” əməliyyatı nəticəsində Rusiyanın strateji bombardmançı təyyarələrinin məhv edilməsi hələ də müzakirə mövzusudur. Pilotsuz təyyarələrlə Rusiya aviabazalarına hücumunun arxasında İsrailin MOSSAD, Böyük Britaniyanın Məxfi Kəşfiyyat Xidməti (Mİ6) və ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) dayandığı iddia edilir. Amerikalı siyasi şərhçi və MKİ-nin sabiq analitiki Lerri Conson bildirib ki, bu üç kəşfiyyat agentliyi Ukraynanın pilotsuz təyyarələrlə həyata keçirdiyi hücumu koordinasiya edərək, nəticədə Rusiyanın strateji bombardmançılarının 34 faizini məhv edib. Bundan əlavə, analitikin sözlərinə görə, Pentaqonun rəhbəri Pit Heqset hücumun gedişatını canlı olaraq izləyib. Ukraynanın “Hörümçək toru” əməliyyatının başlaması ilə bağlı görüntülər yayılıb. Görüntülər Ukrayna teleqram kanallarına Ukrayna Təhlüəkəsizlik Xidmətinin əməkdaşları tərəfindən təqdim olunub. Görüntülərdə modul evlərin yükləndiyi yük maşınının yolda irəlilədiyi qeyd olunub. 

Xatırladaq ki, Ukrayna Təhlükəsizlik Xidməti Krım körpüsünü də partladıb. Məlumata görə, UTX agentləri iyunun 3-nə keçən gecə Krım körpüsünün dayaqlarını minalayıb və ilk partlayıcı qurğunu işə salıblar. Körpünün dayaqları ciddi zədələnib. Partlayış 1100 kq trotil ekvivalentində həyata keçirilib. Körpü qəzalı vəziyyətdədir. Bundan sonra Rusiya qoşunları Ukraynanın bir sıra bölgəsinə, o cümlədən Odessa və Çerniqova hücum ediblər. Həmçinin Xarkov ətrafında poçt-terminala hücum edilib. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Ukraynanın məlum hücumuna görə mütləq intiqam alınacağını deyib. Hücumdan sonra bir müddət susan Medvedyev öz sosial şəbəkə səhifəsində “qisas qaçılmazdır” yazıb. Bildirib ki, narahat olan və qisas gözləyən hər kəs narahat olmalıdır: "Bu, normal insana xas xüsusiyyətdir. Qisas qaçılmazdır. Partladılmalı olan hər şey partladılacaq, məhv edilməli olanlar isə yox olacaq". Medvedyev həmçinin yazıb ki, İstanbulda danışıqlar kimlərinsə uydurduğu qeyri-real şərtlər üzərində kompromis sülh əldə etmək üçün deyil, Rusiya ordusunun tezliklə qələbəsi və neonasist hökumətinin tamamilə məhv edilməsi üçün lazımdır. Onun sözlərinə görə, danışıqlarda təqdim olunan Rusiya memorandumunun məqsədi də budur.


Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, Ukrayna Rusiyanın strateji bombardmançı təyyarələrini vurmaqla müharibədə əməliyyat sürprizləri hazırladığını elan edir. Ekspertin sözlərinə görə, bu texnologiyanın Ukraynanı hara qədər aparacağı bəlli deyil:


"Üstəlik, bu, Kiyevin Rusiyanın uzunmüddətli müharibə səylərinə qarşı potensialı barədəki suallara da tam aydın cavablar vermir. 

Ehtimal ki, hadisələr Rusiyanın Ukraynaya qarşı raketlərlə zərbələr endirmək imkanlarını müvəqqəti olaraq məhdudlaşdıracaq. Bu məqamda, Rusiyanın Ukraynaya qarşı hücum kampaniyasının motiv və xarakterində dəyişiklik baş verə bilər. Rusiyada taktiki nüvə silahından istifadə etməyə çağırışlar olsa da, Kreml bunu reallaşdırmaqdan yayınacaq. Çünki Rusiya nüvə silahlarını Qərb liderlərini qorxutmaq üçün ritorik vasitə kimi dövriyyədə saxlayır. Taktiki nüvə silahlarından istifadə o zaman mümkün olacaq ki, Rusiya prosesləri öz ərazilərinə təhlükə kimi dəyərləndirsin. Ancaq bu, Kreml üçün hazırkı situasiyada uyğun sayılmır. Ona görə də Moskva Ukraynaya daha sərt cavab verməyi üstün sayacaq".


Analitik əlavə edib ki, Ukrayna Rusiyanın dərinliklərində hərbi əməliyyatlar keçirə bilər: 

"Ancaq bu, Rusiyanın Ukraynadakı ərazi genişlənməsinə əsaslanan kampaniyasına böyük ölçüdə təsir göstərə bilmir. Bununla belə, Ukraynanın Rusiyanın arxa cəbhə sektorlarındakı əməliyyatları Rusiyanın təhlükəsizlik, kəşfiyyat sahəsindəki boşluqları vurğulamağa əsas verir. Bu mənada dronların Rusiya ərazisindəki gizli hərəkət marşrutu böyük suallar doğurur. Rusiyaya misli görünməmiş hücum Çinin Rusiyaya silah tədarük etməsi ilə bağlı hesabatların yayımlanmasından sonraya təsadüf etdi. Ehtimal ki, ABŞ prosesləri Ukraynanın xeyrinə dəyişdirməyi hədəfləyərək bir sıra məqsədlər güdür. Rusiyanın hərbi kampaniyasının genişlənməsinin qarşısını almaq və mövcud şərtlər daxilində status-kvo yaratmaq istəyir. Düzdür, Ağ Evdən bildirilir ki, Kiyev əməliyyat barədə əvvəlcədən Vaşinqtona məlumat verməyib. Ancaq aydındır ki, Donald Tramp administrasiyası hadisələri öz məqsədi üçün ağıllı bir yol kimi dəyərləndirir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 İyun 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see311

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see203

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see200

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see191

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see186

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see182

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see178

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see176

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see176

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see165

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see155

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see147

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri