“Playboy” malikanəsinə hansı məşhur kişilərin gəldiyini açıqladı

31.10.2026

Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mərhum “Playboy” jurnalının qurucusu Hyu Hefnerin dul həyat yoldaşı Kristal Hefner onun məşhur malikanəsinə gələn tanınmış şəxslər haqqında qalmaqallı açıqlamalar verib.

Axsam.az-ın məlumatına görə, Kristal Hefner “Page Six” nəşrinə müsahibəsində malikanədə bəzi kişilərin qadınlara qarşı alçaldıcı və kobud davrandığını bildirib.

Onun sözlərinə görə, mərhum əri öz ətrafına onunla eyni düşüncədə olan insanları toplayırdı. Kristal qonaqlar arasında ABŞ prezidenti Donald Trampın, komediya ustası Bill Kosbinin, aktyorlar Cek Nikolson və Arnold Şvartseneggerin də adını çəkib.

“Malikanəyə həqiqətən dəhşətli, iyrənc kişilər gəlirdi. Bu, mənim üçün çox ağır idi” deyə, o bildirib.

Qeyd edək ki, Kristal Hefner daha əvvəl də Hyu Hefnerlə evliliyi dövründə cinsi zorakılığa məruz qaldığını iddia etmişdi.

Hyu Hefner 2017-ci ildə, 91 yaşında Los-Ancelesdəki məşhur “Playboy Mansion” malikanəsində vəfat edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью