“Playboy” malikanəsinə hansı məşhur kişilərin gəldiyini açıqladı
Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Mərhum “Playboy” jurnalının qurucusu Hyu Hefnerin dul həyat yoldaşı Kristal Hefner onun məşhur malikanəsinə gələn tanınmış şəxslər haqqında qalmaqallı açıqlamalar verib.
Axsam.az-ın məlumatına görə, Kristal Hefner “Page Six” nəşrinə müsahibəsində malikanədə bəzi kişilərin qadınlara qarşı alçaldıcı və kobud davrandığını bildirib.
Onun sözlərinə görə, mərhum əri öz ətrafına onunla eyni düşüncədə olan insanları toplayırdı. Kristal qonaqlar arasında ABŞ prezidenti Donald Trampın, komediya ustası Bill Kosbinin, aktyorlar Cek Nikolson və Arnold Şvartseneggerin də adını çəkib.
“Malikanəyə həqiqətən dəhşətli, iyrənc kişilər gəlirdi. Bu, mənim üçün çox ağır idi” deyə, o bildirib.
Qeyd edək ki, Kristal Hefner daha əvvəl də Hyu Hefnerlə evliliyi dövründə cinsi zorakılığa məruz qaldığını iddia etmişdi.
Hyu Hefner 2017-ci ildə, 91 yaşında Los-Ancelesdəki məşhur “Playboy Mansion” malikanəsində vəfat edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 31 Oktyabr 2026 18:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















