Poçtun keçmişi və gələcəyi: Əlimərdandan “Azərpoçt”a | Icma.az
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 5 sentyabr, Abdulla Suvar, AZƏRTAC Kənddə çoxlarının səbirsizliklə gözlədiyi bir qonaq vardı.
Ayda cəmi bir dəfə gələrdi, amma əlidolu. Sovetlik qonşu kənddə yerləşdiyindən atla gedər, lazım olan sənədləri gətirər, sonra isə pay-piyad
Çox sadə, fağır görkəmi vardı. Elə sakit gələrdi ki, sanki oğurluğa çıxıb.
Amma gündüzün günorta çağı nə oğurluq ola bilərdi ki?Hər dəfə nənəmin pensiyasını gətirəndə biz uşaqlar yığışardıq poçtalyon Əlimərdan kişinin başına.
Çantasından çıxartdığı saralmış qalın vərəqlərə qol çəkdirib pulu sayıb verər, sonra da ona qaytarılan üçlüyü məmnunluqla cibinə qoyub gedərdi.Kəndin mərkəzində “Məişət evi” tikilib istifadəyə verildikdən sonra oradakı otaqlardan biri poçt məntəqəsi kimi fəaliyyət göstərdi.
Pensiya alanlar da ora üz tutdu. Elə o gündən Əlimərdan kişinin kəndə səfərləri də tarixə qovuşdu.
O saralmış vərəqlər kimi o günlər də köhnəlmiş xatirəyə çevrildi...
Tam oxu
Xəbəri oxu