Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

E vitamini ilə zəngin 5 məhsul

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

Poçtun keçmişi və gələcəyi: Əlimərdandan “Azərpoçt”a

Poçtun keçmişi və gələcəyi: Əlimərdandan “Azərpoçt”a

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 5 sentyabr, Abdulla Suvar, AZƏRTAC

Kənddə çoxlarının səbirsizliklə gözlədiyi bir qonaq vardı. Ayda cəmi bir dəfə gələrdi, amma əlidolu. Sovetlik qonşu kənddə yerləşdiyindən atla gedər, lazım olan sənədləri gətirər, sonra isə pay-piyada kəndin canına düşərdi. Çox sadə, fağır görkəmi vardı. Elə sakit gələrdi ki, sanki oğurluğa çıxıb. Amma gündüzün günorta çağı nə oğurluq ola bilərdi ki?

Hər dəfə nənəmin pensiyasını gətirəndə biz uşaqlar yığışardıq poçtalyon Əlimərdan kişinin başına. Çantasından çıxartdığı saralmış qalın vərəqlərə qol çəkdirib pulu sayıb verər, sonra da ona qaytarılan üçlüyü məmnunluqla cibinə qoyub gedərdi.

Kəndin mərkəzində “Məişət evi” tikilib istifadəyə verildikdən sonra oradakı otaqlardan biri poçt məntəqəsi kimi fəaliyyət göstərdi. Pensiya alanlar da ora üz tutdu. Elə o gündən Əlimərdan kişinin kəndə səfərləri də tarixə qovuşdu. O saralmış vərəqlər kimi o günlər də köhnəlmiş xatirəyə çevrildi...

Poçtun tarixi və əhəmiyyəti

Poçt xidmətlərinin tarixi minilliklərə gedib çıxır. Yazının ixtirasından çox əvvəl insanlar xəbərləri, rəsmi məlumatları və vacib sənədləri çatdırmaq üçün elçilərdən və çaparlardan istifadə ediblər.

Qədim Misirdə fironların əmrləri elçilərlə ölkənin müxtəlif bölgələrinə göndərilirdi. Qədim Çində poçt sistemi dövlətin nəzarəti altında idi və imperator sarayı ilə əyalətlər arasında əsas rabitə vasitəsi rolunu oynayırdı. Pers imperiyasında “Karqoz” adlı poçt sistemi vardı və bu sistem sayəsində xəbərlər böyük məsafələrə sürətlə çatdırılırdı.

Roma imperiyasında isə ən inkişaf etmiş qədim poçt sistemi - “Cursus publicus” qurulmuşdu. Bu sistem vasitəsilə imperiya boyunca dövlət sənədləri, məktublar və xəbərlər daşınırdı. O dövrdə poçt xidmətləri yalnız hökmdarlar və yüksəkvəzifəli şəxslər üçün nəzərdə tutulmuşdu.

Orta əsrlərdə poçt daha çox ticarət yolları vasitəsilə yayılırdı. Ticarətçilər, diplomatlar və səyyahlar məlumat daşıyırdılar. XV–XVI əsrlərdən etibarən isə Avropada kral poçtları yaradıldı və məktub daşımaları dövlətin nəzarətinə keçdi.

XIX əsr poçt tarixində inqilabi dövr hesab olunur. 1840-cı ildə İngiltərədə ilk poçt markası - “Penny Black” istifadəyə verildi. Bu yenilik poçt xidmətlərinin əlçatanlığını xeyli artırdı. XX əsrdə isə avtomobil və təyyarələrin istifadəsi məktub və bağlamaların çatdırılmasını daha da sürətləndirdi.

XXI əsrdə poçt xidmətləri rəqəmsallaşmanın təsiri altında köklü dəyişikliklərə məruz qaldı. Ənənəvi məktublaşma ilə yanaşı, elektron poçt, kuryer və çatdırılma xidmətləri geniş yayıldı.

Azərbaycanda poçt rabitəsi XVI əsrdən inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə XIX əsrin birinci yarısına təsadüf edir.

Çoxfunksiyalı xidmət mərkəzinə çevrilən “Azərpoçt”

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra poçt sahəsində də mühüm islahatlar həyata keçirildi. 1999-cu ildə “Azərpoçt” MMC-nin yaradılması ilə ölkənin milli poçt operatoru formalaşdı. O vaxtdan “Azərpoçt” yalnız məktub və sənəd daşıyan qurum deyil, həm də maliyyə və logistik xidmətlər göstərən çoxfunksiyalı mərkəzə çevrildi.

2000-ci illərdə poçt şəbəkəsi genişləndirildi, ucqar kəndlərə qədər xidmət çatdırıldı. Ən mühüm yeniliklərdən biri pensiya, sosial müavinət, kommunal ödənişlər və digər maliyyə xidmətlərinin poçt vasitəsilə həyata keçirilməsi oldu.

Son illərdə isə “Azərpoçt” rəqəmsal texnologiyalara əsaslanan xidmətləri ilə seçilir: elektron ticarət, onlayn ödənişlər, mobil tətbiqlər və kuryer xidmətləri bu qurumu müasir dövrün tələblərinə cavab verən bir təşkilata çevirib.

Hazırda “Azərpoçt” 35 filial və yüzlərlə poçt şöbəsi ilə ölkəni əhatə edir.

Dünyanın 173 ölkəsi ilə əməkdaşlıq

Dünya o vaxt böyük idi ki, onda nə sürət qatarı vardı, nə də sürətli internet, hələ təyyarələri demirəm heç. Amma indi dünya çox balacalaşıb. Ona görə ki, getmədiyin yerlərə də, kiminsə kamerasından baxa bilirsən. Amma əlaqə qurmaq, uzaq yerləri əlçatan etmək həmişə müsbət iş sayılıb. Bu günün ən başlıca məsələsi də genişləndirilən əlaqələrdi. Bu prosesdə “Azərpoçt”un da öz yeri var.

Bu gün “Azərpoçt” MMC dünyanın demək olar ki, bütün ölkələri ilə birbaşa və ya tranzit yolla beynəlxalq poçt mübadiləsinin həyata keçirilməsinə nail olub. Azərbaycan Poçt Administrasiyası 1991-ci ildə Regional Rabitə Birliyinə (RRB), 1992-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT), 1993-cü ildə Ümumdünya Poçt İttifaqına (ÜPİ) üzv qəbul edilib. 2000-ci illərdən etibarən “Azərpoçt” təkcə daxili bazarda deyil, beynəlxalq aləmdə də tanınmağa başladı. Qurum 2000-ci ilin yanvar ayında Poçt və Telekommunikasiya Administrasiyalarının Avropa Konfransı təşkilatına (CEPT), 2001-ci ilin iyun ayında Avrasiya təşkilatına qoşularaq bu qurumların işinə öz töhfəsini verib.

“Azərpoçt” MMC beynəlxalq poçt bağlamalarına dair beynəlxalq müştəri xidmətləri sistemi vasitəsilə hazırda dünyanın 173 ölkəsi ilə əməkdaşlıq edir. Beynəlxalq sifarişli poçt göndərişləri ilə bağlı dünyanın 126 ölkəsinin poçt operatoru ilə birgə əməliyyatlar həyata keçirir.

“Azərpoçt” MMC 2013-cü ildə keyfiyyətin idarə edilməsi üzrə Ümumdünya Poçt İttifaqının qızıl səviyyəli sertifikatına, 2015-ci ildə S42 ünvanlama sertifikatına və 2018-ci ildə isə həmin təşkilatın Xidmət Keyfiyyəti Fondunun (XKF) Qəyyumlar Şurasının qərarı ilə “Ən yaxşı Menecment” sertifikatına layiq görülüb.

Azərbaycanda poçtun transformasiyası

Son illərdə Azərbaycanda elektron ticarət sürətlə inkişaf edib. İnsanlar onlayn platformalar vasitəsilə alış-veriş etməyə üstünlük verir. Bu isə bağlamaların və məhsulların çatdırılmasına tələbatı artırır. “Azərpoçt” və digər kuryer şirkətləri bu ehtiyaclara cavab vermək üçün logistik xidmətlərini gücləndirib. Poçt şöbələri indi həm də sifarişlərin qəbul və təhvil məntəqələri kimi fəaliyyət göstərir.

Poçt sisteminin transformasiyası təkcə kommersiya deyil, sosial sahələri də əhatə edir. Elektron hökumət portalı ilə inteqrasiya nəticəsində bir sıra dövlət xidmətləri poçt vasitəsilə təqdim edilir. Həmçinin ucqar kənd və rayonlarda yaşayan insanlar üçün poçt vasitəsilə pensiya və sosial müavinətlərin çatdırılması davam etdirilir. Bu, poçtun sosial yükünü və əhəmiyyətini qoruyub saxlayır.

Poçt şöbələrinin texniki təchizatı da son illərdə əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Bir çox şöbələrdə növbə idarəetmə sistemləri, sürətli xidmət terminalları və müasir informasiya sistemləri quraşdırılıb. Bundan əlavə, istifadəçilər artıq poçt göndərişlərini izləyə, onlayn müraciət edə və xidmətlərə dair məlumatları real vaxt rejimində əldə edə bilirlər.

Azərbaycanda ənənəvi poçt sisteminin transformasiyası müasir dövrün tələblərinə cavab olaraq həyata keçirilmiş mühüm bir prosesdir. Rəqəmsallaşma, e-ticarət, dövlət xidmətləri və sosial ehtiyaclar poçtun funksiyalarını genişləndirib və onu yenidən formalaşdırıb. Gələcəkdə isə bu sistemin daha da təkmilləşdirilməsi və rəqəmsalyönümlü inkişafı gözlənilir.

Poçt həm də yalnız bir kommunikasiya vasitəsi deyil, həm də, insanlar arasında əlaqələrin qurulması və qorunması üçün vacib bir körpüdür. Ticarət və iqtisadi fəaliyyətin təşkili üçün mühüm bir infrastruktur elementidir. Dövlət idarəçiliyində, xüsusilə məlumat mübadiləsində, hüquqi və inzibati sənədlərin çatdırılmasında əvəzsiz rol oynayır.

Eyni zamanda, mədəniyyətin və informasiya cəmiyyətinin yayılmasında da önəmli vasitələrdən biridir. Ən önəmlisi isə odur ki, poçt xidmətləri dünya miqyasında bərabərlik və əlyetərlilik prinsiplərinə əsaslanır. Hətta ən ucqar kəndlərdə belə bir məktub və ya bağlama göndərmək və qəbul etmək imkanı mövcud olur. Bu baxımdan, poçt bəşəriyyətin birləşdirici rabitə vasitəsi kimi çıxış edir.

Rəqəmsallaşma və innovasiyalar

Son illərdə ölkədə informasiya texnologiyalarının sürətli inkişafı “Azərpoçt”un fəaliyyətində də özünü göstərir. Poçt xidmətlərinin rəqəmsallaşdırılması, onlayn izləmə sistemləri, elektron ticarətlə inteqrasiya və mobil tətbiqlərin istifadəsi bu sahədə müasir tələblərə uyğun cavab verməyə imkan yaratdı. Vətəndaşlar evdən çıxmadan bağlamalarının harada olduğunu izləyə, ödənişlərini həyata keçirə və kuryer sifarişləri verə bilirlər.

Bundan əlavə, “Azərpoçt” “Elektron hökumət” portalı ilə sıx əməkdaşlıq edərək müxtəlif dövlət xidmətlərinin vətəndaşlara çatdırılmasında vasitəçi rolunu oynamağa başlamışdır. Elektron sənədlərin çatdırılması, sosial xidmətlərlə bağlı bildirişlərin göndərilməsi kimi funksiyalar bu qurum tərəfindən həyata keçirilir.

Pandemiya dövründə də “Azərpoçt”un rolu artmışdır. İnsanların hərəkət imkanlarının məhdud olduğu bir zamanda poçt və kuryer xidmətləri vasitəsilə vətəndaşlara sosial ödənişlər, ərzaq məhsulları və dərman vasitələri çatdırıldı. Bu, onun nə qədər əhəmiyyətli və çevik bir qurum olduğunu bir daha sübut etdi.

Artıq “Azərpoçt” mobil tətbiq və veb-platforma vasitəsilə istifadəçilərə xidmət göstərir.

Gələcəyə baxış

Bu gün “Azərpoçt” sadəcə bir poçt operatoru deyil, logistika, maliyyə və rəqəmsal xidmətləri birləşdirən kompleks bir mərkəzə çevrilib. Qurum, eyni zamanda, rəqəmsal bankçılıq, e-ticarət platformaları, mobil texnologiyalar və “ağıllı poçt” sistemləri istiqamətində fəaliyyətini genişləndirməkdədir. Hətta yaxın gələcəkdə dron vasitəsilə çatdırılma xidmətləri və “ağıllı poçt” qutuları kimi layihələrin həyata keçirilməsi planlaşdırılır.

“Azərpoçt”un keçdiyi inkişaf yolu – təkamüldən innovasiyaya doğru bir yol olub. Bu gün “Azərpoçt” həm ənənəvi poçt xidmətlərini qoruyub saxlayır, həm də çağdaş dövrün tələblərinə cavab verən innovativ xidmətlər təqdim edir. Bu isə Azərbaycanın ümumi texnoloji və iqtisadi inkişaf siyasətinin uğurlu tətbiqinin bariz nümunəsidir.

...Əlimərdan kişinin kəndimizə gətirdiyi saralmış vərəqlər indi xatirəyə çevrilib. İndi nənələr pensiyalarını heç kimə “şirinlik” vermədən, bankomatlardan çəkirlər. Məktub yazmaq yerinə hər kəs mesaj göndərir və onun oxunub-oxunmadığını belə dərhal bilir.

Zaman dəyişib, sürət əsri başlayıb. Amma bütün bu dəyişikliklər içində bizə qalan bir məsələ var: ənənələri müasir dünyanın tələbinə uyğun yaşatmaq. Bunun üçünsə bir-birimizə səmimi məktubda yazılan sözlər qədər hörmət və sevgi ilə yanaşmağımız kifayətdir.

“Azərpoçt” MMC-nin Mətbuat Şurası ilə birgə keçirdiyi “Müasir dünyada və Azərbaycanda ənənəvi poçtun transformasiyası” mövzusunda müsabiqəyə təqdim olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Sentyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see312

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see291

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see287

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see246

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see241

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see229

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see223

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see216

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see214

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see214

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see204

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see204

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see197

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see194

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see189

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see189

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see187

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see186

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see176

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri