Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Novruz elegiyası Sözlər lüğətlərdən qocadır, Xoşbəxtlikdən çox-çox qədimik biz.
Cavab var sualın acıdır, Amma sükutundur son sual, cavab, priz. Çətində əsilzadədir ümidlər, Talelər öncəgörən qaraçıdır.
Bizi nə tülkülər, nə qurdlar aldadıb diddilər, Yalnız insanlar ki, bic və yırtıcıdır.
Doğrudur, elin gözü tərəzidir, Adamların da əli əyridir- bu da bulmaca. Bəzən olur ki, daşa dəymir, Ümidlər itir, əriyir, elə havadaca.
Kafedə taybatay açıqdırsa qapılar, Dünyada hamımız çıxmazdayıq. Nə Lələ, nə Kərəm...yalnız qaraltılar... Siqaret dumanında boğulasıyıq.
Hələ ki menyüdə hərf səhvləri Dadını qabaqcadan qaçırır xörəklərin. Sürüşür ağzıyeməkli səfləri boşqabın dikindəki böcəklərin.
Yenə müğənni qız oxuyur yanğıyla, Sən demə, “həyat yaşamağa dəyər”miş- İnsan ömrə minnət qoymağıyla yazıqmış, gülüncmüş, birtəhərmiş.