Pokemon kartını 16,5 milyona satdı

20.02.2026

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

ABŞ-də "Pokemon" franşizasına aid ən nadir kolleksiya kartlarından biri rekord qiymətə – 16,5 milyon dollara hərracda satılıb.

Axşam.az xəbər verir ki, bu barədə "The Japan Times" qəzeti məlumat yayıb.

Söhbət 1998-ci ildə buraxılmış "Pikachu Illustrator" kartından gedir. Bu kart Yaponiyanın "CoroCoro" jurnalının keçirdiyi müsabiqənin qaliblərinə təqdim olunub. Dünyada bu kartdan cəmi 41 ədəd mövcuddur.

Hərracda kartı Ağ evin sabiq mətbuat katibi Entonu Skarmuçininin oğlu alıb. Bu məbləğ təkcə "Pokemon" franşizası üçün deyil, ümumilikdə bütün kolleksiya kartları arasında ən yüksək satış qiyməti hesab olunur.

Qeyd edək ki, Kartın əvvəlki sahibi amerikalı güləşçi və bloger Loqan Pol olub. O, kartı 2021-ci ildə Birləşmiş Ərəb Əmirliklərindən olan kolleksiyaçıdan 5 milyon dollara nağd şəkildə almışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью