Pokemon kartını 16,5 milyona satdı
Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.
ABŞ-də "Pokemon" franşizasına aid ən nadir kolleksiya kartlarından biri rekord qiymətə – 16,5 milyon dollara hərracda satılıb.
Axşam.az xəbər verir ki, bu barədə "The Japan Times" qəzeti məlumat yayıb.
Söhbət 1998-ci ildə buraxılmış "Pikachu Illustrator" kartından gedir. Bu kart Yaponiyanın "CoroCoro" jurnalının keçirdiyi müsabiqənin qaliblərinə təqdim olunub. Dünyada bu kartdan cəmi 41 ədəd mövcuddur.
Hərracda kartı Ağ evin sabiq mətbuat katibi Entonu Skarmuçininin oğlu alıb. Bu məbləğ təkcə "Pokemon" franşizası üçün deyil, ümumilikdə bütün kolleksiya kartları arasında ən yüksək satış qiyməti hesab olunur.
Qeyd edək ki, Kartın əvvəlki sahibi amerikalı güləşçi və bloger Loqan Pol olub. O, kartı 2021-ci ildə Birləşmiş Ərəb Əmirliklərindən olan kolleksiyaçıdan 5 milyon dollara nağd şəkildə almışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 20 Fevral 2026 00:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















