Pol Poqba “Yuventus”da müqaviləsinə xitam verilməsini gözləyir İdman və Biz

15.11.2024

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Pol Poqba və “Yuventus” arasında müqaviləyə bu gün xitam veriləcəyi gözlənilir.

İdman.biz xəbər verir ki, tərəflər anlaşmanı qarşılıqlı razılaşma ilə pozduqdan sonra 31 yaşlı fransalı özünə yeni klub axtaracaq.

Poqba 2025-ci ilin yanvarından hər hansı klubun düşərgəsində məşq edə biləcək. O, martda yeni komandasında çıxış etmək imkanı qazanacaq. Azad agent statusu almasını gözləyən Pol hazırda ABŞ-ln Mayami şəhərində fərdi hazırlıq keçir.

Qeyd edək ki, yarımmüdafiəçi fevralın 29-da antidopinq qaydalarını pozduğu üçün 4 illik diskvalifikasiya edilib. Oktyabrda onun cəzası azaldılıb və artıq gələn ilin martında meydana qayıda bilər.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью